Bakupress Milli İnformasiya Agentliyi

Millimizin futbolçusu İngiltərə klubunda iki qol vurdu

İngiltərədə aşağı divizion komandaları arasında təşkil olunan “Trofi” turnirində 1/8 final mərhələsinə start verilib. 

BakuPress.Az xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin debütantı Sərhat Taşdəmirin formasını geyindiyi “Fayld” klubu ilk görüşünü səfərdə keçirib.

Onun komandası “Ramsbotom Yunayted”in qonağı olub. Bol qollu keçən oyunda qapılara 10 top vurulub. Qarşılaşma 5:5 hesabı ilə başa çatıb. Start heyətində meydana çıxan Sərhat isə 11 və 47-ci dəqiqələrdə vurduğu qollarla dubla imza atıb.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü fevralın 12-də keçiriləcək.

Paylaş:

Oxşar xəbərlər