Bakupress Milli İnformasiya Agentliyi

Fatma Girik Ayşən Qrudanın ölüm xəbərindən sonra DANIŞDI

Türkiyənin məşhur aktrisası Ayşən Qruda bu günlərdə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

BakuPress.Az ölkə.az-a istinadən bildirir ki, 74 yaşlı sənətçinin ölümündən sonra sənət dostları yasa boğulub.

Fatma Girik Ayşənin ölümündən sonra açıqlama verib:

"Bir-bir azalırıq. Daha gözəl yerə gedirik ya yox, bunu bilmirəm. Amma azalırıq.

Türkiyənin başı sağ olsun. Bir az əvvəl dediyim kimi, yoxa çıxırıq.  Heç kəs heç kəsin yerini tuta bilməz. Sadəcə kino dünyasının yox, Türkiyənin başı sağ olsun. Ayşən Qruda başqa idi. Bir çox qabiliyyətli insan var. Amma heç kəs bir-birinin yerini tuta bilməz. Ayşənin iş sevgisi də, kino intizamı da bir yerdə idi. Əsl sənətçi idi".

Paylaş:

Oxşar xəbərlər