Bakupress Milli İnformasiya Agentliyi

Yarımçıq ömür,bütov sənəti olan qurbanlar

Mənimlə razılaşın ki, şöhrətli ömür yaşamaq və ölümündən sonra da yaşamaq hər adama qismət olmur.Amma çox zaman ölümü hər kəsi yandıran istedadlı məhşurların vaxtsız ölümünə səbəb narkotik adlı bir kabus olub.İnsan özünü məhvə doğru aparan varlıqdır. Bəzən bunu bilərəkdən, bəzən isə bilməyərəkdən edir.
Həyatında hər bir şeyin yaxşı getdiyi anda o, spirtli içki və narkotik kimi zərərli vərdişlərə qurşana bilər. Bu daha çox yaradıcı insanlarda özünü göstərir. Belə bir düşüncə var ki, yaradıcı insan öz rahatlığını bu cür pis vərdişlərdə tapa bilir. Nəticədə, sevə-sevə pərəstiş etdiyimiz məşhur insanlar gözümüzün önündə çirkinləşir və ya həyatlarını itirirlər. Nəinki Azərbaycan məşhurları, əcnəbi ulduzlardanda cavankən öz həyətlarını pis vərdişlərə qurban verənlər daha çoxdur.Bəlkədə  daha çox həsas olan bu istedadlar ədalətsiz dünyadan bir anlıq uzaqlaşmaq üçün bu pis verdişə aludə olurlar.Sahib olduqlarının dəyərini bilməyən və ya sahib olduğu ilə yetinməyən insanlar da var. Bu insanlar hamının sevib-hörmət etdiyi məşhurlardır. Onların bəziləri cəmiyyətdə tanındıqları kimi həm də adı narkotik istifadəçisi sırasında gedənlərdir. Bu tanınmışlar insanlara örnək olmaq əvəzinə narkotik istifadə edib gözdən düşürlər.İki gündür ölümü ilə hamını məyus edən daha bir məşhurumuz Zahid Sabirabdlını vaxtsız itirdik.Xalqın sənətkarı olmaq hər adama nəsib olmur,Zahid Sabirabdlı məhz xalqının sənətkarı idi.Müşahidələrimdən dəfələrlə şahidi olduğum bir şey var səmimi insanlar qəfil ölür...Heyf nə etmək olar .Xalqımızın və mədəniyyətimizin başı sağ olsun.Mən deyərdimki Zahid Sabirabadli müasir Azərbaycanda klarnetin ifasının imperatoru idi ..Onu tanıyanlar yaxşı bilir ki,Zahid sənətin zirvəsini fəth etmişdi amma sadəliyi və səmimiliyi ilə yaddaşlarda qaldı.Məni ən çox yandıran bu cür insanların zamanında dəyərini bilmirik,onları necə var, qəbul edə bilmirik.Bəlkədə onların sənətindən çox aludə olduqları pis vərdişlə gündəmdə saxlayırıq.Vaqif Mustafazadə,Elçin Cəlilov,Hüseyn Dərya və sonda Zahid Sabirabdlı onlar ölümlərini sanki özləri yazdılar.Heç istəməzdim onlar bu cür ölümlə bizdən ayrılsınlar.Bir şeydə varki,sağ ikən onları çox qınadıq, çox danışdıq amma sənətlərini ,istedadlarını daha çox gündəmə gətirməyi unutduq.Bu gün onlar yoxdurlar amma xatirələrdə və yaddaşlarda sənətləri ilə qalıblar.Ölümlərindən sonra yalnız sənət və istedadları ilə yada salırıq.Nə olar sağlığında dəyər verəydik bu cür insanlara qınadıqca onları ölümə özümüz apardıq.Təkcə Azərbaycanda deyil,dünyada məhşurlar varki,bu bəlanın qurbanı olublar.Yadıma düşənləri sizə də təqdim edim. Cim Marrison: ABŞ-ın bəstəkarı və şairi Cim Marriso narkotikin miqdarının çox olmasına görə həyatını itirən məşhurlardandır.

Elvis Presley:  ABŞ-lı müğənni, söz yazarı, bəstəkar Elvis Presleyin ölüm səbəbi də artıq dozada narkotik qəbul etməsi olub.

Maykl Cekson: Hamınızın çox gözəl tanıdığınız Maykl Cekson 22 iyun 2009-cu ildə həyatını itirib. Bir neçə uşağı övladlığa götürən Maykl Cekson yüksək miqdarda narkotik maddə istifadə etdikdən və buna söykənən ürək ritm pozuqluğundan həyatını itirdiyi deyilir.

Vitney Hyuston səsi ilə dünyanı heyran etsədə ölüm səbəbi narkotik olub. Zamanında sovet rejiminin qəbul etmədiyi ,lakin milyonların sevgisini qazanan Visotskiy ...Siyahını təkcə musiqi xadimləri ilə deyil siyasi xadimlər,elm adamları ilədə uzatmaq olar.Narkotik istifadəçiləri arasında çox məşhur və dahi deyəcəyimiz şəxslər də var: Adolf Hitler, Edisson, Stiv Cobs, Dikens (Charles Dickens),Karl Sagan, Stefan King, Riçard Feynman, Ziqmund Freyd , Benjamin Franklin,Stalin və başqa önəmli şəxsləri istifadəçi olaraq görmək olar.Azərbaycanın məhşur qəzəlxanı Əliağa Vahididə bu siyahıya əlavə etmək olar.Bəs niyə görə yaradıcı insanlar məhz belə vərdişlərə yoluxurlar? Bu asılılığın yaradıcı yaşam tərzi ilə əlaqəsi mövcuddurmu?

Məncə yaradıcı insanların spirtli içki və ya narkotik qəbul etməsinin səbəbi daha çox həmin insanların məntiqdən xilas olmaq cəhdləri ilə əlaqədardır: “İnsan hansısa ağlını başından alan maddə qəbul etdikdə onun eqosu zəifləyir və şüuraltı üzə çıxır. Bu hadisəni insan yuxuda daha yaxşı müşahidə edə bilər. Yuxuda insan xəyallar aləmində olur və gerçəklik ilə əlaqəsini itirir. Çünki yuxuda şüur iştirak etmir. Tarixən yuxuda hansısa elmi kəşf edən alimlər də olub. Məsələni Mendeleyev hansısa elementi məhz yuxuda kəşf edib. Narkotik maddə və spirtli içkilər də insanın fantaziyalarını boşaldır. Bəzi insanlar bu fantaziyaları qələmlə kağıza köçürdə bilir. Deyək ki, hansısa şair şer yazır, hansısa rəssam şəkil çəkir, yazıçı əsər yazır. Bu zaman onlar öz aləmlərində olur. Tamamilə özlərinə qapana bilirlər və kənarla əlaqələri azalır. Təsadüfi deyil ki, insanlar ayıq ikən deməyə cəsarət tapmadıqları sözləri məhz içkili zaman deyirlər”.

. Bu şəkildə həm də insanlar stressdən azad olurlar. Yaradıcı insanların da belə vərdişləri daim onların xəyallar aləmində olmaları ilə əlaqədardır. Onlar daha emosional olurlar və belə də sevilirlər. İnsanın emosiyaları məhz məntiqin, ağlın arxasında məntiqsiz bir yerdə, yəni şüuraltında gizlənir. Bütün gözəl sözlər içkili halda deyilir, bütün gözəl şerlər meyxoş halda yazılır. Meyxanaçılar meyxoş halda daha gözəl deyişirlər. Yaradıcı insanlar həm də daha çox təbiət qoynuna meyl edirlər. Çünki təbiət özü də dəlidir. Ona görə yaradıcı şəxs bir az dəli, bir az sərxoş olurlar ki, təbiətə yaxın olsunlar, beyinlərinin duyğusal bölgəsindən bizlərə yaradıcılıq nümunələri verə bilsinlər”.
Tanınmış türkiyəli psixoloq Tülay Kök bu mövzuda araşdırma apararaq belə qənaətə gəlib ki, məşhurların narkotikə meylli olmalarının səbəbi onların sahib olduqları hər şeyin onlara dar gəlməsidir: “Həmin insanlar maddi olaraq hər şeyə sahib olmalarına rəğmən, ruhi baxımdan cılızdırlar. Məşhurlar mənəvi həzlər yaşamaq istəsələr də, bunu necə edəcəklərini bilmirlər. Çünki kökdən, dərindən gələn və sığına biləcəkləri inanc sistemləri yoxdur”.
P.S Bütün bunları araşdırıb yazmaqda bir məqsədim var idi şöhrətləri ilə dünyada tanınan insanların bu cür pis vərdişlərdən kənarlaşdırmağa hamılıqla cəhd edib kömək etməliyik.Çünki onları zamanında dəyərləndirmək ,qayğılarına qalmaq hamımızın borcudur.Qınaq edib həyatdan küsdürməyək.Zahid Sabirabadlının ölümü isə məni çox məyus etdi.Sənəti ilə qəlbləri oxşuyan bir sənətkarın qəlb rahatlığı üçün bu dünyada şəxsi evi belə yox idi.Yarımçıq ömrünü kirayələrdə keçirdi.Zahid yaddaşlarda daim yaşayacaq. Özü də təkcə vaxtsız ölümü ilə yox, həm də qara taleyi ilə. Bu da musiqisi ilə qəlbləri oxşuyan, sabirabadlılara məxsus şirin yumorlu ,gülər üzlü Zahid Sabirabadlının sona çatan ömür hekayəsi.
Allah rəhmət eləsin!

Şəfəq Ağacan

 

Paylaş:

Oxşar xəbərlər