Bakupress Milli İnformasiya Agentliyi

ABŞ-a məxsus iki hərbi təyyarə toqquşub

Birləşmiş Ştatların hərbi dəniz qüvvələrinə məxsus "F/A-18" tipli bombardımançı və "KS-130" tipli yanacaqdolduran təyyarəsi Yaponiya sahillərində bir-biri ilə toqquşub.

BakuPress.Az "Report"a istinadən bildirir ki, bu barədə ABŞ-ın Dəniz Piyada Korpusunun bəyanatında deyilir.

Bildirilir ki, təyyarələr Amerikanın İvakuni bazasından havaya qalxıb və "planlı təlim uçuşu" həyata keçiriblər.

Qəza zamanı ölən və yaralananlar barədə məlumat yoxdur.

Hazırda qəza yerində axtarış-xilasetmə işləri aparılır.

Paylaş:

Oxşar xəbərlər