Bakupress Milli İnformasiya Agentliyi

Vaşinqtonda 12-ci Parlament Forumu keçiriləcək

Dekabrın 6-da Vaşinqtonda Kəşfiyyat-Təhlükəsizlik üzrə 12-ci Parlament Forumu keçiriləcək. 

MM-dən BakuPress.Az-a daxil olan məlumata görə, tədbirdə Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iştirak edəcək.

Forumda Hökumətlərin və özəl sektorun terrorçuluğun maliyyələşdirilməsi əleyhinə fəaliyyəti, Kibertəhlükəsizlik, Şəxsi həyat və məlumatların paylaşılması, xarici sərmayə riskləri və digər mövzularda fikir mübadiləsi  aparılacaq.

S. Seyidov müzakirə olunacaq mövzularda çıxış edəcək, məsələlərə münasibətini bildirəcək.

Paylaş:

Oxşar xəbərlər