Bakupress Milli İnformasiya Agentliyi

Masallı Təhsil Şöbəsində görünməmiş saxtakarlıq

Xəbər verdiyimiz kimi Masallı təhsil şöbə müdiri Tariyel Əkbərovun qanunsuz əməlləri və müəllim əxlaqına uyğun olmayan yaşam tərzi haqqında yazılar dərc etmişdik.Bu yazıdan sonra redaksiyamıza Tariyel Əkbərov haqqında çoxlu sayda şikayətlər daxil olmuşdur.

Şikayətçilər bildirir ki, Tariyel Əkbərov təhsil naziri Ceyhun Bayramovu saymır. Əkbərov Masallı icra başçısı Rafil Hüseynovu daha üstün tutur, bu şəxslə hesablaşır.

Hətta bəzi dairələrdə bildirirlər ki, bu vəzifədə onun hesabına oturub, işdən çıxarmaq hüququ da icra başçısının səlahiyyətindədir. Masallı təhsil və maliyyəsini sümürən, çapıb-talayan Əıbərovun fəaliyyəti ciddi yoxlama tələb edir. 
Şikayətdə bildirilir ki,Tariyel Əkbərov özü əslən rayonun Şıxlar kəndindən olduğu üçün Şıxlar və qonşu kənd olan Qəriblər kənd məktəbinin direktorları onun sağ əlidirlər.Maxinasyaların çoxu onların əli ilə baş verir.

Tariyel Əkbərov məktəb direktoru işləyən yaxın qohumlarına Bakda yaşayan şəxslərin adına əmək haqqı yazdıraraq özü mənimsəyir. İmtahandan keçib Masallı Rayonuna müəllim kimi təyinat almış başqa rayonların sakinləri bir saat da olsun dərs tədris etmədən ayda bir dəfə jurnal yazmaqla staj qazanır və adına yazılmış əmək haqqını Tariyel Əkbərova nəzir edir.

Bu alverçi təhsil şefi eyni zamanda evdə təhsil adı altında yazılan dərs saatları,eyni zamanda çoxu Bakıda yaşayan sağlam şagirdləri fiziki qüsurlu qeydə alaraq maxinasiya yaradaraq dövlət əmlakını qarət edir.Qeyd edək ki,bu uşaqların çoxu hətta əsgərliyədə gediblər.Fiziki qüsurlu uşaq necə hərbiyə gedə bilər/?Bu barədə olan siyahı redaksiyamıza təqdim olunub ,təhsil nazirliyinə təqdim etməyə hazırıq.

Rayon məktəblərinə məktəblərin qızdırılması, dəftərxana ləvazimatlarının alınması və inventar və avadanlıqların alınması, cari və əsaslı təmir üçün ayrılmış yüz minllərlə vəsaiti əlbir olaraq mənimsəyirlər.

Masallı rayon ümumtəhsil məktəblərində işləyən müəllimlərin yaşayış yeri və əsas iş yeri haqqında maliyyə nazirliyi araşdırma aparsa aylıq 250-350 manat əməkhaqqı adlarına yazıldığı və faktiki olaraq işləməyən 50-dən çox müəllimin olduğu aşkar olar.

Bu müəllimlər özəl müəssisələrdə çalışır, sadəcə pedoqoji iş stajı olsun deyə, adlarına dövlət vəsaitinin yazılıb mənimsənilməsinə razı olurlar. 
Təhsil şöbəsində əsas gəlir mənbəylərindən biridə fəaliyyəti olmayan elmi dərnəklərdəki dərs saatları, sağlam və yüngül fiziki qüsurlu uşaqlara məktəbə gələ-gələ saxta sənədlər düzəldərək fərdi dərs saatları yazmaqla hər ay dövlət büdcəsinə talan edir.

Evdə təhsilə cəlb edilmiş şagirdlər yenidən psixoloji-tibbi-pedaqoji komissiyadan keçirilsə 90%-nin sağlam və yüngül fiziki qüsurlu olduğu və məktəbdə dərs məşğələlərində iştrak edikləri aşkar olar.

Masallı rayon ümumtəhsil məktəblərinə digər rayonların məktəblərində çalışan və bir çox hallarda dərs saatları üst-üstə düşən müəllimləri ikinci iş yeri kimi qəbul edərək, adlarına formal olaraq dərs saatları yazaraq alınan vəsaitin 50% mənimsənilir.

Təhsil Nazirliyi tərəfindən araşdırılma aparılsa bir müəllimin iki məktəbdə qeyri qanuni 36-48 saat dərs adına yazılaraq dövlət büdcəsinin talan olunduğu üzə çıxar.

Masallı rayon ümumtəhsil orta məktəblərinin jurnal, tarifkassa və əmək haqqı cədvəlləri üzləşdirilsə, dövlət büdcəsinin hansı yollarla talan edildiyi aşkar olar. Gününün çox hissəsini Bakıda keçirən Təhsil şöbəsinin müdiri özü –özünə əməlli-başlı qulluq edir.

Hansısa yollarla saxta ezamiyyə adıyla rayona guya tədbirlərə kimlərisə dəvət edir kimi vəsaitlər ayırır.
Tariyel Əkbərov bu vəzifədə oturmaq üçün özünün dediyi kimi hər ay icra başçısına və təhsil nazirliyinə külli miqdarda pul verir.

Nəticədə isə, Əkbərov verdiyi pulu yığmaq üçün məktəbləri bazara çevirib. Məktəb direktorlarının gününü qara edib, müəllimlərin necə olursa olsun hər ay ona rüsüm pulu verməyə məcbur edir.

Tariyel Əkbərov 9,10,11-ci siniflərin şagirdlərindən direktorlar vasitəsi ilə aylıq hesab alaraq məktəbdə dərs məşğələlərində iştirak etməmələri üçün şərait yaradır və bu şagirdlər reptitor yanında hazırlaşırlar.

Dövlət büdcəsindən Masallı rayon ümumtəhsil məktəblərinin 2016-2017-ci ,2017-2018-ci tədris ili üçün zəruri və əsaslı təmir bərpa işlərinə ayrılan vəsaitin bir qəpiyidə məktəblərin təmirinə xərclənməyib, Tariyel Əkbərov şəxsi büdcəsinə əlavə edib.

Həmçinin ümumtəhsil məktəblərindəki texniki ştatları 500 manata satır və məktəblərinin texniki işçilərinin yaşayış yeri haqqında maliyyə nazirliyi araşdırma aparsa aşkar olar ki,70%-i başqa ərazilərdə yaşayır və əməkhaqqı kartı birbaşa müdirin cibindədir. Yaxın günlərdə isə məktəb kitabxanalarında işləyən kitabxanaçıların hərəsi 100 manat vermədiyi halda onları ixtsar edəcəyini elan edib.
Haqqında gedən araşdırma yazılar barəsində Tariyel Əkbərov iclas edərək bildirib ki,"mən heç kimdən qorxmuram kişi yeyer içər,bazlıq edər,pul xərcliyər,nə yazırlar ,yazsınlar"Bu qədərmi təhsil şefi harınlayıb?Bu və digər qanun pozuntusu edən təhsil şöbə müdiri haqqında Təhsil nazirliyin mətbuat xidməti ilə əlaqə saxladıq.Materalları və suallarımızı email poçtuna göndərməyimizi və bu barədə suallarımıza araşdırıb cavab verəcəklərini söylədilər.Yəqinki təhsil nazirliyin açıqlaması bizə daxil olduqda məlumatı yayımlayacıq.
Ən utancverici hal odur ki,Tariyel Əkbərov utanmadan mətbuat şurasının sədri ,təhsil nazirliyinin adından danışır və onları pulla ələ aldığını ,heç kəsin şikayətinə baxılmayacağını iclaslarında deyir.Təhsil işçiləri qeyd edir ki,bizim iclasları dinləsələr orada təhsildən heç söhbət getmir ancaq hara necə pul yığmaq haqqında iclaslar olur.Pulu isə təhsil şöbəsinin baş mühasibi yığır.Mühasibatlığın ayrıca qara dəftəri var ki,hansı direktor aylıq nə verməlidir.
Ölkə rəhbərliyi və Təhsil nazirliyi bu işi ciddi nəzarətə götürüb araşdırsınlar.Araşdırmamız davam edir.
P.S qeyd edək ki,Tariyel Əkbərov böyük iclas keçirib orda qeyd edib ki,çox yuxarı yerlə danışıb işimi həll etmişəm,saytlar məcbur olub təzyiqdən geri çəkiləcək.Çəkilmiyənləridə məhkəmələrə pul verib onların başına oyun açdıracam.Ay Tariyel Əkbərov ,pulla vicdan satsaydılar biraz ondanda alsanız yaxşı olardı.

Paylaş:

Oxşar xəbərlər