Bakupress Milli İnformasiya Agentliyi

İlham Əliyev general rütbələri verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

BakuPress.Az verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Ceyhun Əkbər oğlu Həsənova ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.

Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Fazil oğlu Əbilov, Bələdiyyələrlə iş mərkəzinin rəisi Zahir Məmməd oğlu Əlizadə və İcra baş idarəsinin rəisi Nurəddin Yusif oğlu Mustafayevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti rəisinin müavinləri Məhərrəm Allahverdi oğlu Qafarova və Oqtay İlyas oğlu Məmmədova ədliyyə general-mayoru ali xüsusi rütbəsinə layiq görülüblər.

Paylaş:

Oxşar xəbərlər