Bakupress Milli İnformasiya Agentliyi

1-ci xanımın adından istifadə edən millət vəkilinin qanunsuz əməlləri ifşa olundu-VİDEO

Bir müddət əvvəl millət vəkili Adil Əliyevin fərdi sahibkar Məmmədova Xəzəngülün torpağını qanunsuz zəbt etməsi və orada qaynanası Abdullayeva Qətibənin adına şadlıq sarayı tikdirmişdir. Şikayətçinin bildirdiyinə görə deputat tikintinin Mehriban Əliyeva tərəfindən aparıldığını demişdir.Biz dəfələrlə Adil Əliyevlə telefon əlaqəsi saxlayıb mövqeyini öyrənmək istəsəkdə,bizim zənglərimizə cavab verən olmadı. 13 noyabr 2018-ci tarixində vətəndaş Məmmədova Xəzəngül millət vəkili tərəfindən hüquqlarının pozulması barədə BMM-də ziyalıları,hüquq müdafiəçiləri və media nümayəndələrini başına toplayaraq mətbuat konfransı keçirdi.Konfransda Xəzəngül Məmmədovanın etibarnamə ilə səlahiyyətli nümayəndəsi hüquqşünas Ələmşah Nəsirov Adil Əliyevin qanunsuz əməllərini yetərli dəlil və faktlarla ifşa etdi.Media nümayəndələrinin suallarına cavab verdi.Konfransın sonunda Xəzəngül Məmmədovanın prezidentə ünvanlandırdığı müraciəti oxundu.Daha ətraflı videomaterialmızdan izləyin.

 

 

Paylaş:

Oxşar xəbərlər