Bakupress Milli İnformasiya Agentliyi

Badamdarda uçqunların sayı artıb - YENİLƏNİB

Badamdar sürüşmə zonasında yeni çatlar əmələ gəlib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan BakuPress.Az-a verilən məlumata görə, sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə sahəsinin sol hissəsindəki çatlarda müəyyən artım var, istinad divarının solunda yeni qövsvari çatlar əmələ gəlib.

Uçqun divarının yanındakı evin hasarında cüzi deformasiya müşahidə olunub.

09:20

Badamdar sürüşmə zonasında ümumi vəziyyət gərgin qalmaqdadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Oxu.Az-a verilən məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqin nəticələrinə əsasən, hasar divarları istiqamətində uçqunların artımı qeydə alınıb:

“Evlərin divarlarına qoyulmuş mayaklarda dəyişiklik yoxdur. Torpaq qatı yola doğru gözlə görünəcək dərəcədə irəliləyib. Ərazidə ümumi vəziyyət gərgin qalmaqdadır”.

Qeyd edək ki, 2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şosesində (Badamdarla 20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib. 

Sürüşən torpaq qatının eni 250, uzunluğu 200, hündürlüyü isə 15 metrdən artıqdır.

Paylaş:

Oxşar xəbərlər