Bakupress Milli İnformasiya Agentliyi

Hacıbala Abutalıbova vəzifə verildi

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nda dəyişiklik edilib.

BakuPress.Az xəbər verir ki, oxu.az-ın xəbərinə görə, müvafiq qərarı baş nazir Novruz Məmmədovimzalayıb.

Qərara əsasən, komissiyanın sədri vəzifəsinə Hacıbala Abutalıbov təyin edilib. Bundan əvvəl bu vəzifəni Abid Şərifov icra edirdi.

Qərarla “Komissiyanın üzvləri” siyahısında Ceyhun Bayramov Firudin Qurbanovla əvəz olunub.

Paylaş:

Oxşar xəbərlər