Bakupress Milli İnformasiya Agentliyi

Şəhidin baş daşını kim yoxa çıxartdı?-VİDEO

Sabirabad rayon sakini İbrahimov Bakupress Milli İnformasiya Agentliyinə müraciət edib bildirdir ki, Agdam uğrunda şəhid olan qardaşı Mehdi İbrahimovun başdaşını yerli icra hakimiyyəti onlarin xəbəri olmadan dəyişdirilib köhnə baş daşı və şəkili isə yoxa çıxıb.Şəhidin qardaşı qeyd edir ki,Sabirabad rayonu icra hakimiyyətinin 1- ci müavini Həsən Həsənov baş daşını dəyişib ,mənə təsəlli verən cəbhədən yadigar olan son görüntüsünü yoxa çıxarıblar."Mən o şəkillə təskinlik tapırdım.İndi şəkil isə 13 yaşında olan bir şəkilini vurublar.Mən bu haqsızlıqla barışa bilmirəm,Həsən Həsənova dedikdə,  hanı şəkil, axı mən şəkillə təskinlik tapırdım.Həsən müəllim məni təhqir etdi, sonda isə mənə dedi ki,"mən demişdim şəhid olsun,şəhid olmayaydı.İndi məndən nə istəyirsən".Bu sözü mənə dedikdən sonra elə bil dünya başıma uçdu.Prezidentimiz, dövlətimiz şəhidə qiymət verir,Həsən müəllim isə şəhidin baş daşın yoxa çıxarır hələ üstəlik deyirki,mən demişdim şəhid olsun.Budurmu şəhidə hörmət,mən onlardan nə istəyirəm qardaşımın yeganə şəklini köhnə baş daşının şəklini tələb edirəm.Hara gedirəmsə mən eşidən yoxdur.İndi kimə deyim dərdimi bilmirəm."

Şəhidlər bizim qurur mənbəyimizdi və onlara edilən hər hansı hörmətsizlik xalqımıza qarşı edilmiş olur. Rayon rəhbərliyi də bu hörmətsizliyi edir. Həqiqətən bu cür yanaşma yolverilməzdir.Axı sizdən nə istəyir ,sadəcə təsəlli tapdığı şəklini geri istəyir.Əgər baş daşı icra hakimiyyəti tərəfindən dəyişdirilirsə bundan şəhidin ailəsinin məlumatı olmalıydı.Qaldı ki,Həsən müəllimin mən demişdim şəhid olsun sözünə,Həsən müəllimin diqqətinə onu da çatdırıram ki, Mehdi kimi oğullar bu Vətənin, millətin yolunda şəhid olmasaydılar, sən və sənin oğulların bu torpaqda gəzə bilməzdilər. Axı, belə olmaz. Budur şəhidə verdikləri dəyər, qiymət?

Daha ətraflı videomaterialmızdan izləyin

 

Paylaş:

Oxşar xəbərlər