Bakupress Milli İnformasiya Agentliyi

Şəfəq Ağacan- Heydər Əliyev əsgər oldu,bununla qürur duyaq ,ağız büzməyək

Mənim əsgərim mənim qürurumdur, kimliyindən aslı olmayaraq.Dünən Ali baş komandanımız ,ölkə prezidentimiz İlham Əliyevin oğlu Heydər Əliyev təhsilini başa vuraraq, vətənə borcunu vermək üçün əsgəri xidmətdə vətən qarşısında and içdi.Düzü bu səhnədən çox qürurlandım həmdə kövrəldim.Ağlım kəsəndən ilk dəfə idi, dövlət başçısının övladının hərbi xidmətdə and içməsini izləyirdim bu çox möhtəşəm görünürdü.Amma bu bir mənalı qarşılanmadı.Kimisi rişxənd elədi ,kimisi mənim kimi qürur duydu.Ən maraqlı məqam odur ki,ölkə başçımızın övladının əsgəri xidmətdə and içməsinə xain düşmənlərimiz paxıllıqdan bilmədilər nə desinlər .Mənfur düşmən ölkəmizin rəhbəri Paşinyanda paxıllıqdan ağzına gələni danışdı, sapı özümüzdən olan baltalarda başladı baltalamağa...Məni tanıyanlar bilir ki,mən nə iqtidaram nədə müxalifət mən dövlətimi dövlətçiliyimizi sevən biriyəm.Axı niyə düz olanıda əyri göstərməliyik.Hələ ağız burun əyən bəziləri Heydər Əliyevin niyə məhz arxa cəbhədə xidmət edəcəyini gündəmə gətirdilər.İndi qoy mən deyim heç ölkə başçısının oğlu deyil,o Azərbaycan oğludur ,savadlıdır ölkənin gələcəyi üçün savadlı kadrdır ,gəncdir ,ağıllıdır və ən əsası əzmlə vətənə xidmətə yola düşüb bunu niyə dəstəkləmirik.Ermənini qorxuya salırıq bəli, biz hamımız Qarabağ ,vətən uğrunda müsəlləh əsgərik niyə buna öz içimizdən olan düşmənlər rişxənd edir, düşmən sevindiririk.Gəlin açıq danışaq müxalifət liderlərinin hansının balası Qarabağada döyüşüb? Heç birinin, inanın mənə onlar xalqı yox ancaq hakimiyyətə gəlməyi düşünürlərAyının min oyunu bir armudun başındadır.Ayıbdır vallah cox ayıbdır ağacı qurd içindən yeyən kimi bizimdə içimizdəki qurdlar, bizi içəridən yemək istəyir.Amma bunu bacarmayacaqsınız, xalq onun yanında olanları sevir.Bu gün ölkə başçımız və onun xanımı xalqın içindədir. Prezidentimiz övladını heç bir gəncdən fərqləndirmədi, buna əhsən deyək!Azərbaycan - bu torpaqdan dirçələn oğullarına yaraşır! İlhamına yaraşır! İlhamlı Vətəninə yaraşır!

Yağı kinini əkib, nifrətini becərdi. Böhtanını əkib yalanını qazandı. Şərəfini əkib... Çürük toxumlar bizim torpaqlarda becərməz. Ora Azərbaycan kişisinin toxumu gərəkdir!!! Övrət örpəyinə bürünüb qoltuq altda piyləndirmə, haram ət becərmə məkanında “münbit” haram ətlər bizə yarımaz, bizə yaraşmaz!..

Mənim Prezidentim , əsgərinin yanındadır. Əsgər övladdan əzizdir! .Bunlardan yazaq bunları dünyaya tanıdaq.

Biz - atalara, babalara, qardaşlara əsgər canımızdan çox-çox əzizdir. Buna inam üçün bizim keçdiyimiz yolu keçmək lazımdır. Hələ 80-ci illərdən Qarabağdan əsən qara yellər, Qarabağın üstünə çökən qara buludlar bizim bu günümüzü göstərirdi. O zaman biz gənc idik, övladlarımız körpə... Övladlarımız ərən oldular. Sevgi əkib, oğul becərdilər Azad Azərbaycan üçün! Ulu Hikmətdən bizə əta olunan İlahi Eşqimiz var: Vətən və Namus! Qüdrətimiz var, özünü tanımayana tanıtmaq, yerini bilməyənə yerini bildirmək ağlımız, güc göstərənin qarşısına çıxaracağımız qüdrət gücümüz var! Bizim ƏSGƏRİMİZ var! Azad Azərbaycanımız üçün Heydər Əliyevdə əsgər oldu,bununla qürur duyaq ,ağız büzməyək ,bir olaq dövlətçiliyimizi sübut edək .

Şəfəq Ağacan

Paylaş:

Oxşar xəbərlər