Bakupress Milli İnformasiya Agentliyi

Kəmaləddin Heydərov paradda niyə iştirak etməyib? - İddia + FOTOLAR

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun səhhətində problem yaranıb.

 

BakuPress.az unikal.org-a istinadən xəbər verir ki, Kəmaləddin Heydərov yüksək şəkərdən əziyyət çəkir.

 

Onun ölkə xaricində müalicə olunduğu bildirilir. Buna görə Kəmaləddin Heydərovun Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan paradda iştirak etmədiyi də bildirilir.

 

Bundan əlavə, nazir 14 sentyabr 2018-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ilkin hərbi hazırlığı başa vurmuş kursantların təntənəli andiçmə mərasimində də görünməyib. Mərasimdə nazirin əvəzinə fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, genral-leytenant Etibar Mirzəyev iştirak edib.

 

Paylaş:

Oxşar xəbərlər