Bakupress Milli İnformasiya Agentliyi

Ərdoğan: Qarabağ əsl sahiblərinə qaytarılmalıdır

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışmalıdır. 

BakuPress.Az xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, münaqişənin həllinin uzanması Minsk qrupunun passivliyinin göstəricisidir. 

Ərdoğan İrəvana səsləndi: Sərhədləri açacağımızı gözləməyin

Ərdoğan bildirib ki, həmsədrlər münaqişənin həlli üçün məhsuldar addımlar atacaq.

“Minsk qrupunun əsas vəzifəsi Dağlıq Qarabağdakı işğal altındakı torpaqların bir an öncə əsl sahiblərinə qaytarılmasını təmin etməkdir. Ümid edirik ki, onlar bunun öhdəsindən gələcəklər”, - Ərdoğan əlavə edib. 

Paylaş:

Oxşar xəbərlər