Bakupress Milli İnformasiya Agentliyi

Yurdunun unutmadığı çörəkli kişi-Yusif Eyyubov-Foto

BakuPress.Az Azərbaycanın bütün bölgələrində vaxtı ilə yaşamış,xalqa millətə xeyirli insanlar haqqında sil-silə araşdırma yazılara start verir.Tarixə səyahər rubrikamızın məqsədi bütün bölgələrdə yaşamış xalqın yaddaşında yaşayan insanları bu gün gənclərimizə tanıtmaqdır.Tariximizi bilmək hər birimizin borcudur.İlk səyahətimiz Sabirabad rayonundan başladı.Sabirabad rayonun qurulmasında,dövlətə ,millətə xeyirli insanlardan biridə Yusif Eyyubovdur.

Yaxşı insan və düşündürən sənət, ürəklərə yol tapan söz əbədidir, ölməzdir. Çünki nəcib, xeyirxah insanlar əməlləri, qurub yaratdıqları, nəsillərə qoyub getdikləri töhfələrlə, işlərlə zaman-zaman yad edilir, xatırlanır, nəsillərə bir örnək kimi nümunə göstərilirlər.

Həyat ucu-bucağı görünməyən, sirli-sehrli, şəfalı-cəfalı, acılı-şirinli, möhtəşəm və ecazkar bir məkandır. Ömür isə bu məkanda alovlana-alovlana alışıb, yana-yana, əriyə-əriyə sönüb qürub edən bir zamandır. Bu zaman axın-axın illərdir. Bu axının içərisində insan ömrü, insan həyatı da var. Beləcə ulu Tanrının yaratdığı insan öz yaratdıqları ilə əbədi yaşayır. Bu isə insanı tarixə çevirir, zamanın ovcunda əzilən deyil, qalib gələn ziyaya döndərir. Belə insanlardan biri də Sabirabadlıların yaxşı tanıdığı,dəyərli insan, ləyaqətli eloğlu, cəfakeş vətəndaş, bacarıqlı rəhbər olmuş Yusif Eyyubovdur.

Bir-birinə bənzəyirdilər. Bir ata-ananın uşaqları kimiydilər. Hərəkətləri, danışıqları, əməlləri, sevgiləri də oxşardı. Bir nəslin övladları idilər - köhnə kişilər nəslinin. Ən böyük titulları da elə bu idi. Ondan böyük ad yox idi. "Filankəs köhnə kişidir" demək hər şeyi həll edirdi. Köhnə kişi olmaq köhnəlmiş kişi olmaq deyildi, amma hər kəs də köhnə kişi ola bilmirdi: köhnələni, nimdaşlaşanı, sürtülüb bozaranı da vardı. Rəngi gedənlər, dəyərini itirənlər el içində manşırdı, barmaqnan göstərilərdi. Köhnə kişi adının arxasında sədlər, sərhədlər, standartlar, meyarlar, pozulmaz qanunlar dayanırdı. Bu ölçülər, bu dəyərlər el-oba tərəfindən qəbul olunmuşdu. Çünki illərin sınağından çıxmışdı. Köhnə kişi rütbəsi yalnız zamanın gətirdiyi mahiyyəti ifadə eləmirdi, daha çox köhnə, qədim dəyərlərlə yaşamağın göstəricisi idi. Ona görə də köhnə kişilər illər keçdikcə, yaşa dolduqca köhnəlmir, qədimləşirdilər. Samballaşır, əntiqləşirdilər.

Köhnə kişilər hər şeydən öncə həqiqətçi idilər. Nə qədər çətin, acı da olsa, həqiqətin tərəfində durmağı özlərinə borc bilirdilər, şərəf sayırdılar. Haqq keşikçisiydilər.

Sözü bütöv idilər, kəlmələrində iynənin ildızı qədər yalan olmazdı.

Eyybov Yusif İsmayıl oğu 1911-ci ilin fevral ayında Sabirabad rayonunun Yenikənd kəndində dünyaya göz açmışdır.Orta məktəbi həmin kənddə bitirir. O vaxt kəndlilərin ali təhsil alması üçün "rabociy" fakultet adlı 2 illik kurslar açılmışdır.Həmin kurslar ali məktəb səviyyəsində tələblər yetişdirirdi və Yusif oranı əla qiymətlərlə bitirib ,rayona müəllim kimi qayıdır.İş fəaliyyətinə Sabirabad rayonu Qaralar kəndində müəllim kimi başlayır.İşində məsuliyyətli və təşkillatçılığı sayəsində Yusif Eyyubov partiya komitəsi orqanlarında çalışır..Ağır 
müharibə illərində şəhər soveti sədri işləyir.Hər sahədə təmiz və xeyriyyəçi bir insan kimi xatırlayıranır. Daha sonra iqtisadiyyatimizin güclənməsinə böyük dəstəy olan Baramaçılıq idarəsinə rəis təyin olunur.Sovet adamlarının yaxşı xatırladığı Xurşşovun hakimiyyət illərində Sovet İttifaqında ciddi iqtisadi böhran dövrü olmuşdur.Həmin dövrlərdə Azərbaycanda o illərin insanları aclıq dövrü kimi xatırlayır.Xüsusəndə çörək qıtlığı ölkədə qlobal problem idi.60 -cı illərdə məhz Çörək zavoduna direktor təyin olunur.Həmin illərdə dovlət onu Sabirabad çörək zavoduna direktor təyin edir.Yaşlı sabirabadlılar Eyyubovu belə xatırlayır,onlar deyir ki,həmin illərdə Eyyubov çörək zavodunun direktoru olmasaydı rayonun çoxusu acından ölərdi.O işlədiyi bütün dövrlərdə ancaq elinin obasının rifahını düşünüb ,həm xalqa həmdə dövlətinə sədaqətli insan olub.Yusif Eyyubov haqqında müsahibimiz onun oğlu Sirac Eyyubov oldu.Sirac müellim qeyd elədi ki,"atam tək bizim yox elin atası olub .Təhsilimiədə xüsusi önəm verib o deyərdi ki,ali təhsil ali məktəbə gedib gəlmək özü məsuliyyətdir.İnsan ali təhsil alanda çox pis işlərdən abır edib kənar gəzir.Düşünür ki,ali təhsilliyəm bu hərəkət mənə yaraşmaz."
Sabirabad rayonunun qurulmasında bu cür kişilərin əvəzsiz xidmətləri olub.Onlar vicdanları ilə saf niyyətlə çalışmış özlərindən sonra yalnız dərin hörmət qoyub getmişlər.

Şəfəq Ağacan

Paylaş:

Oxşar xəbərlər