Bakupress Milli İnformasiya Agentliyi

İcra başçısının menyusu-yedin,yemədin"şotu"verməlisən-Foto

Azərbaycanda İcra hakimiyyətlərinin başçılarını nahaq yerə “regionların kiçik padşahları” adlandırmırlar. Rayon İcra hakimiyyətləri başçılarının fəaliyyəti dəfələrlə ölkə rəhbərliyi tərəfindən də ciddi tənqidlərə məruz qalıb. Prezident İlham Əliyev dəfələrlə toplantılarında icra başçılarının ünvanına ciddi iradlar bildirməsi bəzi məmurların bölgələrdə “padşahlıq” etdiyini bir daha təsdiqləyir.

Bir daha təsdiqləndi ki, ölkə başçısının etimadından sui-istifadə edən bəzi icra başçıları bir çox hallarda onlara etibar olunan vəzifədən öz şəxsi maraqları naminə yararlanır, qohum-əqrəbalarını başına toplayır, rüşvət yığmaqla məşğul olur, vətəndaşları incitməkdən çəkinmirlər.
Bir sözlə, məmurların bəziləri vəzifəyə təyin olunandan bir müddət sonra yerlərini bərkidən kimi başlayırlar rayonda fironluq etməyə... Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Səfərov kimi... Sadalanan hallarda əyalətlərdə rüşvət, korrupsiya, məmur özbaşınalıqları və bundan doğan müxtəlif cinayətlər vüsət almağa başlayır.Son vaxtlar yuxarı instansiyalara ünvanlanan şikayətlərdə icra başçılarının adları haqlı olaraq tez-tez hallandırılır. Uzaq keçmişimizdə olmayan Gəncə şəhər İcra Hakimiyyəti başçısının güllələnməsi ilə nəticələnən etirazlar da sakinlərin regiondakı məmur özbaşınalığıa qarşı bir çıxışı idi.. Maraqlıdır, Azərbaycanda rayonların icra başçıları kimdirlər, hansı rayonun icra başçısı əslən işlədiyi bölgədən deyil, orada doğulmayıb?Onların çoxu insanlarla rəftar etmək, kütlə qarşısına çıxmaq, çətin durumlarda əsəbləri cilovlamaq qabiliyyətinə malik deyillər. Çox təssüflər olsun ki, onların bəziləri ancaq insanlığın bitdiyi yerdə yuxarı başda oturmağa layiqdirlər.

Məmurların, xüsusilə də yerli məmurların vətəndaşları aldatması cəmiyyətimizdə o qədər adiləşib ki, artıq bu haqda məlumatlarla insanları təccübləndirmək mümkün deyil. Ancaq deyəsən məmurlarımız bununla kifayətlənmək niyyətində deyillər. Artıq bir növ adətkar olan məmurlar qarşılarına gələn istənilən şəxsi aldatmaq niyyətinə düşürlər. Hətta o şəxs ölkə prezidenti olsa belə, məmurlar onu da aldatmağı özlərinə rəva görə bilirlər.
Vətəndaşların icra başçısından şikayətləri kifayət qədərdir hətta bunu prezident aparatida təsdiqləyə bilər.Amma Kürdəmirdə artıq vəziyyət o yerə çatıb ki,rayonun yerli məmurları onun əlindən təngə gəlib, sadəcə yazıqlar qoruxularından dillənə bilmir çünki necə deyərlər, balalarının "çörəyinin" kəsilməsindən qorxurlar.Yəqin ki,Çexovun "Məmur ölümü "hekayəsini çoxlarınız oxumusunuz kiçik məmurun ölümünə səbəb generalın qəzəb, qorxusu və işini itirmək qorxusu olur.Məhz Kürdəmirdə vəziyyət bu gün belədir.Etibarlı mənbənin bizə verdiyi məlumat və apardığımız araşdırmalardan belə məlum oldu ki,Ceyhun Səfərovun özünün xüsusi menyusu yəni "tası" var.Bir növ Eldar Mahmudovun dəsti xətti ilə gedir.Bunada heç təəccüblənmirik çünki,Eldar Mahmudovun dəstəsinin bir üzvü Vidadi Zeynalov Ceyhun Səfərovun qaynı,Gəncənin keçmiş icra başçısı hər ay yerli sahibkar və məmurlardan "haqq" yığan Elmar Vəliyevin həmyerlisidir...Ceyhun Səfərovun menyusunu sizə təqdim edirik:
Hər ay Yerli mərkəzi xəstəxana 4000 Azn,Su melorasiya idarələri 10000 Azn , DSMF idarəsi 10000 Azn,Komxoz idarəsi 3000 Azn,Bələdiyyə idarəsi 5000 Azn və s.İcra nümayəndələrindən tutmuş ,təhsil idarəsinə kimi bir sözlə "məmə" yeyəndən "pəpə" yeyənə kimi hərənin öz rüsumu var.Məmurlar cana yığilib... Ceyhun Səfərov onların ,onlarda millətin qanın sovurur .Bir növ qədim rus nağılı "Turpun" nağılına bənzəyir.

Kimdə bu haqqı ayin sonu çatdırmasa, İcra başçısının hesabat iclasında 18+ söyüşlərə məruz qalırlar.Rayonda adi xadimədən tutmuş müəllimə kimi hər kəsi Ceyhun Səfərov işə təyin edir.Xadimə işə girib 120 Azn maaş alacaqsa, 1500 Azn pul verməlidir başçıya.Lap məətəl qalmışıq bu başçıdır yoxsa "başlıq" yığan?Hətta vəziyyət o yerə çatıb ki,uşaq bağçalarının müdirləri yazıq uşaqların yediklərini özləri yemələri azmış kimi,körpələrin üstünə örtülən "odeyalları"da satışa çıxarıblar.Axır necə olur olsun ayın sonu başçının haqqı çatsın.
Hətta yaxın aylarda guya ki,maliyyə pozuntularına görə Kürdəmir Mərkəzi xəstəxanın baş həkimi dəyişdi, camaat sevindi ki,indən belə xəstəxana tam qanuni işləyəcək.Ay hay hara dəyişir, təzə baş həkim daha "böyük ciblərlə" gəldi.Çünki dəyişə bilməz, biçarə baş həkim həkimin 180 manat maaşı ilə ayda 4000 azn necə başçıya verib çatdıra bilər.Birazdan pambıq yığımıdır, xadimədən tutmuş müəllim,həkim hamı pambığa getməlidir .Getmədisə yazıqlar işlərini itirəcək.Ceyhun Səfərov yerli məmurlardan yığdığı pulun vergisini dövlətə versə büdccə xeyli dolar.
BakuPress Milli İnformasiya Agentliyi olaraq,hələ prezident seçkiləri ərəfəsində əhali arasında sosial sorğu apardığımız zaman ,yerli sakinlər icra başçısından xeyli giley etdilər.Amma qorxudan çeklişdən qaçırdılar ki,"sən Allah sabah evimizdən ya "narkotik" yada "silah" çıxardacaqlar.,icra başçısının sifarişi ilə kimdir bizi eşidib inanan".
Xatırladaq ki,Ceyhun Səfərov hələ Tərtər rayonun icra başçısı işlədiyi vaxtlarda adı vahibilərlə iş birliyində tez tez hallanırdı. Gizli deyil ki, son zamanlar bölgələrdə “vəhabi”lər və digər dini cərəyanlar kifayət qədər aktivləşib və əhalini ətraflarına toplamağa səy göstərirlər. Hətta o da məlum idi ki,Tərtərdə o vaxt, ciddi kapitala sahib olan vəhabilər rayonlarda fermer təsərrüfatı yaratmaqla yüzlərlə şəxsi həm də maddi baxımdan öz təsir dairələrində saxlayırdılar. Onların Tərtərdə biznes şəbəkələri yaratmalarına dair öncədən də məlumatlar haqqında mətbuatda çox yazılıb. Mətbuatda buda qeyd olunmuşdur ki, sən demə bir zamanlar “vəhabi”lərə "yaşıl işıq" yandıran Ceyhun Cəfərov onlarla iş birliyində olmuş, məhz onun icra başçısı kimi, dəstəyi nəticəsində “vəhabi”lər əsasən məcburi köçkünlər arasında təbliğat işi aparıb, həmçinin rayonda xırda və orta sahibkarlığı tam olaraq nəzarətlərinə götürüblərmiş. “Vəhabi”lərə icra başçısının dəstək verməsinin isə əsas səbəbi kimi onların yaratdığı ticarət obyektlərində Ceyhun Cəfərovun yaxın adamlarının şərikliyimiş.
Bütün bunları ictimayyətləşdirmək bizim jurnalist borcumuzdur.Biz öz növbəmizdə Prezidentdən xahiş edirik , aidiyyəti qrumlara tapşırıq versin  ki,Ceyhun Səfərovun iş fəaliyyətini nəzarətə götürüb,ciddi araşdırsınlar.

Redaksiyamızdan  əməkdaşlarımız Ceyhun Səfərovla dəfələrlə telefon əlaqəsi yartmaq və mövqeyini öyrənmək istəsədə zənglərimiz cavabsız qaldı...

Yazıda adı çəkilən Ceyhun Səfərovun mövqeyini dərc etməyə hazırıq.

P.S Xatırladım ki, xalq tərəfindən növbəti xəsarət alan başçı Ceyhun Səfərov ola bilər.Sonra deməyin ki,demədiniz...Bu dəfə dini radikallarıda günahkar çıxara bilməyəcəksiniz çünki onlarla bir başa iş birliyi olan icra başçısı Ceyhun Səfərovun olması hamıya məlumdur.

BakuPress.Az

Paylaş:

Oxşar xəbərlər