Bakupress Milli İnformasiya Agentliyi

Ağac meyvəsi, insan əməlləri ilə tanınar-Əliqulu Əliyev-FOTO

 BakuPress.Az Azərbaycanın bütün bölgələrində vaxtı ilə yaşamış,xalqa millətə xeyirli insanlar haqqında sil-silə araşdırma yazılara start verir.Tarixə səyahər rubrikamızın məqsədi bütün bölgələrdə yaşamış xalqın yaddaşında yaşayan insanları bu gün gənclərimizə tanıtmaqdır.Tariximizi bilmək hər birimizin borcudur.İlk səyahətimiz Sabirabad rayonundan başladı.Sabirabad rayonun qurulmasında,dövlətə ,millətə xeyirli insanlardan biridə Əliqulu Əliyevdir.                                

 

İnsan dünyaya gəlir və ona yazılmış ömrü yaşayır, sonra da bir saniyədə gözlərini əbədi yumub əbədiyyətə qovuşur. Əslində onun mənəvi ömrü bundan sonra başlanır. Amma bu da hamıya qismət olmur. Çünki insan ikinci ömrünü öz əməllərində, xeyirxahlığında, xalqına, millətinə xidmətində  qazanmalıdır ki, o, müsbət keyfiyyətlərinə və xeyirxahlığına görə unudulub yaddan çıxmasın. Nəsillər dəyişsə də, onun qurub-yaratdıqları, xalqına göstərdiyi xidmətləri, el-oba arasında qazandığı hörməti daim xatırlansın.  Unudulmamaq!  Bilmirəm, başqaları bunu necə qiymətləndirirlər, mənim fikrimcə, xoşbəxtliyin bir rəngi də elə budur. Unudulmaq isə çox dəhşətlidir.

Dilimizdə etibar, vəfa kimi sinonim sözlər var. İnsanlar arasında etibar qazanmaq, onların məhəbbətinə layiq olmaq çox çətindir. Dünya yarandığı gündən xeyir ilə şər daim mübarizədədir. Bəzi insanlar olur ki, həmişə pisliyə, şərə çan atırlar. Amma elə adamlar da var ki,  həyatı dərk etdiyi gündən, həyatdan köçdüyü ana kimi  insanlara bacardığı qədər yaxşılıq eləyib, öz el-obasında, hətta vətənindən kənarda da böyük hörmət, yüksək nüfuz sahibi olublar.  Belə nüfuzlu insanlar heç vaxt unudulmur və hər dəfə xeyirxahlıqdan, insanlıqdan söhbət düşəndə onların adları hörmətlə yad edilir, anılır... Dünyada etibardan, vəfadan da gözəl dəyər yoxdur ki, əzizlərinə, doğmalarına, millətinin fədakar, ləyaqətli övladlarına sədaqətli olasan, onları anasan, tanıdasan.Həyatda elə insanlar var ki, bütün ömrü boyu var-dövlət qazanmağa çalışır, özünü oda-közə vurub xəzinə toplayır. Millət üçün, xalq üçün xatırlanacaq, yadda qalacaq heç bir iş görmür. Belə insanların ölən günü də yaddan çıxır. İnsan gərək elə gözəl işlər görsün, elə gözəl əməl sahibi olsun ki, həmişə adı dillərdə hörmətlə çəkilsin. Oz işi, əməli ilə tanınan insanlar çoxdur.

Hər bir insan həyatda öz nəcib işi, əməli, mənalı həyatı ilə tanınır və özündən sonra bir iz qoyur
Bu cür kişilərdən biri məhz Əliqulu Əılliyevdir. Onun xeyirxah işi, əməli çoxdur.            Belə bir müdrik fikir var: "Unutma ki, unudulmayasan!” Hərdən qürur duyuram ki, əlimə qələm aldığım gündən  yazılarımın əsas istiqaməti məhz belə şəxsiyyətləri xatırlamaq olub. Sabirabad haqqında, oranın rayon kimi formalaşmasında insanların ən çətin məqamında onlara dəstək olmuş bir insan -Əliqulu Əliyev haqqında çox eşitmişdim. Duydum ki, təzadlı, amma şərəfli həyat yoluna imza atmış bu vətən oğlu və millət aşiqi barəsində mütləq yazmalıyam. Çox doğru deyimdir: “İnsan yad edildiyi qədər yaşayır”. İnsanı yaşadan onun əməlidir deyirlər...

Tanrı hər kəsə adına ömür dediyimiz bir möhlət, vaxt ayırır bu dünyada....Və bu zaman kəsiyində insan övladının əldə edə bildiyi hər nə varsa onun qazandıqlarıdır... Təbii ki, söhbət insanın cəmiyyətdə qazandıqlarından, yaddaşlarda və ürəklərdə tuta bildiyi mövqedən gedir... Təəssüflər olsun ki, hər kəsə verilən bu möhlətdə belə mövqe əldə etmək nəsib olmur. Əməli saleh olanların, gərəkli olanların yeri isə həmişə görünür...Cəmiyyət belə insanların yoxluğunu unutmamaq, boş qalmış yerlərini doldurmaq üçün onları daim xatırlamalı olur... Əməlləri, xoş xatrələri ölümsüz olanların özləri də əbədidir.
Bir sözlə, əməl, insanın ömür kitabının səhifələrinə yazılan yazıdır...
Ömür kitabı şirinli-acılı xatirələrlə zəngin olan, yoğrularkən mayasına xeyirxahlıq qatılan bir insan – Əliqulu Əliyev  cəmiyyətin ehtiram ünvanına çevrilib. O, ömrünü sadə insanların yolunda, göstərdiyi xidmətdə şam kimi əridib və gördüyü işlərdən zövq alıb. Əliqulu Əliyev Sabirabadın unudulmaz, həmişə yeri görünən, insanlığı və xeyirxahlığı ilə yaddan çıxmayan şəxsiyyətlərindən biridir. Xeyirxahlıqla yoğrulan əməlləri ilə yaşadığı cəmiyyətin ehtiram ünvanına çevrilən, ömrünü sadə insanlara xidmətdə şam kimi əritməkdən zövq alan Əliqulu Əliyev də Sabirabadın unudulmaz və xeyirxah əməlləri ilə yadda qalan insanlarındandır.

 

 

 


Əliqulu Dadaş oğlu Əliyev 1905-ci ildə Salyan rayonunda anadan olub.Ailədə 3 uşaq olublar: İki bacı, bir qardaş. Orta təhsilini Salyanda alan gənc Əliqulu sənədlərini 1928-ci ildə Bakı Sənaye Texnikumuna verir və ora qəbul olur.Təhsilini başa vurduqdan sonra bacarıqlı gəncin təyinatını yeni qurulan  Sabirabad rayon Həmkarlar İttifaqına sədr göndərirlər.İşində məsuliyyətli, büllur  kimi  saf və təmiz olan Əliqulu Əliyevə daha bir məsulliyyətli iş tapşırılır.1936-cı il ağır repressiya illərində onu Sabirabad pambıq zavoduna direktor təyin edirlər.Əliqulu Əliyevin bacısı oğlu - rayon sakini İbrahim İbrahimov dayısı haqqında bizimlə söhbət edərkən dedi: “Dayım olduğu üçün demirəm, onun saf və hansı qəlbə malik olduğundan el danışır.Hətta dayım deyərdi: “Repressiya illərində Mircəfər Bağırov məni qəbuluna çağırtdırıb rayona prokuror təyin etmək istədi. Lakin mən dedim: “Yoldaş Bağırov, mən elə bir qəlbə malikəm ki, heç vaxt adam tuta bilmərəm.Qalan hansı işə təyin etsəniz mən dövlətimə,millətimə xidmət etməyə hazıram”. Bundan sonra Əliqulu Əliyevi  1938-ci ildə rayonda yeni yaradılan  Mexaniki Suvarma Sistemləri İdarəsinə rəis təyin olunur.Düz 22 il həmin idarəyə rəhbərlik etmiş Əliyev, öz işi və əməlləri ilə hər kəsə nümunə olmuşdur.1960-ci ildə Bəndsalma idarəsinə sahə rəsi təyin olunan Ə. Əliyev bütün bənd salınan küçələrə işıq çəkdirir.Susuzluqdan əziyyət çəkən Sabirabadın demək olar ki, hər kəndinə su çəkdirir.

 İbrahim İbrahimov dayısı haqqında söhbət etdikdə daha bir maraqlı hadisəni danışdı. O deyir ki, dayısı ömrünün sonuna kimi nə spirtli içki içdi,nə də siqaret çəkdi.Bir dəfə ölkə rəhbərliyində işləmiş dostları Əliqulu Əliyevi məclisə dəvət edirlər.Ona içki içməyi təklif ediblər, Ə.Əliyev isə spirtli içkini dilinə  də vurmaq istəmir. Bu zaman yoldaşlarından biri israrla  deyib: “Bir az pivə iç, sənə Qaz 51 hədiyyə edəcəm”. Dayımın həmin an yadına düşüb ki, idarədə Sabir adında  çox kasıb yetim bir oğlan var, elə Qaz 51 –i ona versələr, o da Sabirə verər ki,  dolansın.Bu niyyətlə: “Allah keç günahımdan”, - deyib bir az pivə içib.İki gün sonra rayona qaz 51 maarkalı maşın dayımın adına  göndərildi və dayım - Ə.Əliyev o maşını Sabirə verdi.Bax, Əliqulu kişi belə insan olub.   

Əliqulu Əliyevi rayonda Ahiska türkləri bu gün də yad edirlər.1958-1959-ci illərdə Özbəkistandan qaçqın gələn Ahiska türklərinə xüsusi diqqət ayıran Əliqulu Əliyev 
onlara ilkin yardım göstərir, inzibati bina, laboratoriya və Mədəniyyət evində onları yerləşdirir .Daha sonra Surra kəndində Ahiska türkləri üçün böyük qəsəbə saldırır.Bu günə kimi də həmin qəsəbədə Ahiska türkəri onun şəklini evlərinin ən əziz yerində saxlayırlar.Hər dəfə ona rəhmət oxuyur, çox xoş xatirələrlə Ə.Əliyevi anırlar. Sabirabadın bir çox kəndlərində  bu gün də, Əliqulu Əliyevin adı çəkdilkdə xüsusi ehtiramla  onu xatırlayırlar. Kitabla bağlı araşdırma apardığımız zaman Sabirabadın Surra kəndində oldum.Qarşıma çıxan iki ağsaqqaldan Əliqulu Əliyev haqqında soruşdum. Ahıllar qəribə bir doğmalıqla sualıma sualla cavab verdilər:

 

 

 

  • Əliqulu Əliyevi niyə soruşursan bala ? O kişidən bir dənə idi: gəldi,  getdi... Gözləri doldu:
  • Ay bala,  Əliqulu kişi olmasa idi, o vaxt hamı acından ölərdi. Surra kəndində hər gün onun ruhuna dua oxunur.

Həmsöhbətlərim Surra kənd sakinləri 1936 –cı il təvəllüdlü  Qasımov Mirzəcan və  1932-ci il təvəllüdlü Salmanov Əlibala  idi. Mirzəcan kişi deyir:

  • Ay qızım, Əliqulu əmimz oğlu deyildi,dayımız oğlu deyildi,  amma burda  hər bir insana  ataliq, əmilik, dayılıq edib.Vəzifə sahibi olsa da,  o ancaq elin rahatlığı üçün çalışırdı.Yoxsa indiki məmurların qapısından girmək olmur.O kişi bir tarix idi. Balaları da sadə, tərbiyəli insanlar idi. Heç vaxt lovglanmazdılar.


Su kimi saf ömür yaşayan Əliqulu Əliyev hər zaman rayon camaatının qəlbindədir. Hətta 1962-63- cü illərdə onun işinə ləkə vurmaq istəyənlər Ə.Əliyevdən rəhbərliyə şikayət edirlər.Bütün idarə yoxlanılır,  işində heç bir nöqsan tapılmayan Əliqulu Əliyev evinə qayıtdıqda rayon cammaatı onun qapısında 40-dan çox qurban kəsir.


«Ağac meyvəsi, insan əməlləri ilə tanınar.»
Həyat insana bir dəfə verilir. Həyatın sirri yaşamaqda deyil, nə üçün yaşamaqdadır. Insan daim öz-özünə sual verməlidir. Mən nə üçün və kimin üçün yaşayıram?
İnsan çox da yaşayar, az da yaşayar. Ən uzun ömür, ən uzun həyat - zəngin yaşanmış həyatdır. Omrü vaxt ilə deyil, əməllərlə ölçmək lazımdır. İnsan üçün ən yaxşı həyat gözəl və mənalı yaşanmış həyatdır. Həyatı illərin sayı ilə deyil, müsbət əməllərdə ölçmək lazımdır. Həyatının hər dəqiqəsini məzmunlu keçirən insan öz ömrünü uzadar.

Qabaqdan qalana dikmə gözünü
Qazan, comərd göstər daim özünü.
Qoy səni doydursun çəkdiyin əmək,
Sənə öz hünərin eyləsin kömək.

Həqiqətən də, insan öz işi, əməli ilə tanınar. Zəhmət çəkməyən, alın təri tökməyən, kiminsə hesabına yaşamağa adət edən insan, heç vaxt ad-san, nüfuz sahibi ola bilməz. İnsan hər şeyə qadirdir. İnsan yaşamaq üçün qurmalı, yaratmalı və mübarizə aparmalıdır. Zəhmət çəkib tər tökmək insana şöhrət gətirir, onu ucaldır. İnsan yalnız halal əməyi, işgüzar fəaliyyəti ilə həqiqi ucalığa, şirin səadətə qovuşa bilər.
Əliqulu Əliyevin 3 oğlu olub. Təssüflər olsun ki,  onlar da dünyalarını dəyişiblər. Amma nəvələri onu soyadını layiqincə davam etdirirlər.


Nəvələrindən biri -  Raqif Əliyev rəhbəri olduğum Agentliyin icraçı direktorudur.Məhz onun çalişqanliği, tərbiyəsi və ədalətli olmasından məlumdur  ki, R,Əliyevin kökü təmiz,  geni safdır. Kökünə bağlı  olan insan harda olur olsun özünü biruzə verəcək.

 

Şəfəq Ağacan

 

 

Paylaş:

Oxşar xəbərlər