Bakupress Milli İnformasiya Agentliyi

Əliyevlə Putin nələri müzakirə edəcək? - Kreml açıqladı

Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov Vladimir Putinlə İlham Əliyevin bu gün Soçidə baş tutacaq görüşü ilə bağlı danışıb. 

 

Peskov jurnalistlərə açıqlamasında bildirib ki, liderlər əvvəlcə məhdud tərkibdə, daha sonra geniş tərkibdə danışıqlar aparacaqlar. Sənədlər imzalanacaq və dövlət başçıları mətbuata bəyanatla çıxış edəcəklər. 

 

Kremlin mətbuat xidməti bəyan edib ki, Putinlə Əliyev gündəlikdə dayanan ikitərəfli vacib mövzuları müzakirə edəcəklər: "Eyni zamanda, aktual beynəlxalq və regional problematika ilə bağlı fikir mübadiləsi aparılacaq”. 

 

Qeyd edək ki, sonuncu dəfə Rusiya və Azərbaycan prezidentləri iyunun 13-də Moskvada, futbol üzrə dünya çempionatının açılışında görüşmüşdülər./Qafqazinfo

Paylaş:

Oxşar xəbərlər