Bakupress Milli İnformasiya Agentliyi

Evdə inqilaba imkan verməyəcəyik" - Putin Qazaxıstanı öz evi elan etdi

KTMT Qazaxıstandakı vəziyyətə operativ reaksiya verdi".

 

BakuPress.Az Sputnik Qazaxıstana-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin KTMT ölkələrinin liderlərinin onlayn-sammitində deyib. 

 

"Biz anlayırıq ki, Qazaxıstanda yaranmış təhlükə yanacağın qiymətlərinə görə deyil, daxili və xarici güclərin vəziyyətdən istifadə etməsidir", - Putin əlavə edib.

 

Rusiya prezidenti qeyd edib ki, Qazaxıstandakı hadisələr MDB dövlətlərinin daxili işlərinə kənardan müdaxilənin ilk, yaxud son cəhdi deyil: 

 

KTMT-nin gördüyü təcili tədbirlər onu deməyə əsas verir ki, biz evimizdə heç bir xarici qüvvəyə vəziyyəti gərginləşdirməyə və rəngli inqilabların reallaşmasına imkan verməyəcəyik.

Paylaş:

Oxşar xəbərlər