Bakupress Milli İnformasiya Agentliyi

Bakıda şagirdlər 21 yaşlı xanım müəllimi döyüb? - AÇIQLAMA

Dünəndən sosial şəbəkələrdə Xətai rayonundakı 17 nömrəli məktəbdə müəllimin şagirdlər tərəfindən döyülüməsi ilə bağlı məlumatlar yayılır. Bildirilir ki, guya hadisə zamanı müəllim komaya düşüb.

BakuPress.Az xəbər verir ki, məsələ ilə bağlı 17 nömrəli məktəbdən Qaynarinfo-ya verilən açıqlamada bildirib ki, belə bir hahisə baş verməyib:
 
"Bizdə belə bir hadisə baş verməyib. Yazırlar ki, guya 21 yaşlı müəllim şagirdlər tərəfindən döyülüb. Bu yalan məlumatları dərc edən saytları məlumatlandırırıq ki, məktəbdə belə bir hadisə baş verməyib. Liseylərdən sonra Bakının ən yüksək nəticə göstərən məktəbiyik. Bunu qəsdən yayırlar. Burda təhsil alanların əksəriyyəti nümunəvi şagirdlərdir. Bizdə nə qədər şagird qırımızı atestat alıb. Hesab edirik ki, yayılan məlumatlar təxribat xarakter daşıyır".

Paylaş:

Oxşar xəbərlər