Bakupress Milli İnformasiya Agentliyi

Rusiya XİN Qazaxıstanda baş verənlərlə bağlı BƏYANAT YAYDI

Moskva Qazaxıstanda baş verən hadisələri xaricdən ölkənin bütövlüyü və təhlükəsizliyinin zorakı yolla pozulması cəhdi kimi qiymətləndirir.

 

BakuPress.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

 

"Rusiya KTMT çərçivəsində müttəfiqlik öhdəliklərinə sadiqliyini təsdiq edərək Qazaxıstanda zorakılığın artması ilə əlaqədar təxirəsalınmaz tədbirlərin qəbul olunmasını dəstəkləyib. Bu ölkədə baş verən hadisələri xaricdən əvvəlcədən hazırlanmış və mütəşəkkil silahlı qruplaşmaların istifadəsi ilə Qazaxıstanın bütövlüyü və təhlükəsizliyinin zorakı yolla pozulması cəhdi kimi qiymətləndiririk", - bəyanatda deyilir.

 

Qeyd olunur ki, Rusiya Qazaxıstanla və digər müttəfiqləri ilə ölkədə antiterror əməliyyatının keçirilməsinə köməklə bağlı məsləhətləşmələr aparacaq.

 

Nazirliyin bəyanatında deyilir ki, Moskva Qazaxstanda normal həyatın tezliklə bərpasında maraqlıdır.

 

Paylaş:

Oxşar xəbərlər