Bakupress Milli İnformasiya Agentliyi

Allah çörəyi özününkü sayıb “imtahan” keçirənlərdən ,öz intiqamını alır

Adətən, dualarımızda da çörəyin adını çəkirik: "Allah heç kimi çörəklə imtahana çəkməsin" deyirik. İnsanlar həmişə o nemətlə imtahana çəkilməkdən, aclıqdan qorxub...Onsuz da günahların tüğyan etdiyi bir diyarda yaşayırıq. Hər addımımız günah, hər əməlimiz zülm, hər sözümüz məddahlıq, hər aldığımız nəfəs riyadır. Amma biz bununla kifayətlənmirik və hesablana bilməyəcək bir günahı da özümüzə rəva bilirik. Bir qulun başqa bir qulu çörəklə imtahana çəkməsi ərşi titrədir və mütləq Allah çörəyi özününkü sayıb “imtahan” keçirənlərdən Öz intiqamını alır. Təəssüf ki, milyardların dövr etdiyi Azərbaycanımızda bu günahın ağırlığı dərk olunmur. Cəmiyyətin böyük kəsimi çörəklə imtahan çəkilir, haqqı olan haqqını ala bilmir və aldığı qəpik-quruş dəfələrlə başına qaxılır ,belə bir vəziyyətdə çörəyin qiyməti qalxır!

Müqəddəs nemətdir o. Bir tikəsi yerə düşsə götürər, bəzən öpüb gözümüzün üstə qoyarıq. Nankorlardan danışarkən yenə də ona olan münasibəti ilə həmin adamı tanıdarıq: "Filankəs çörəyi dizinin üstə adamdır". Çörək... Ruzi, bərəkət, süfrələr bəzəyi, əvəzsiz nemət...

 

"Şərikli çörək" bu müqəddəs nemət haqda çəkilmuş gözəl bir filmdir. Müharibədə yaşanan aclıq zamanı insanların ümid yeri olur çörək...

"Çörək bol olarsa..."

"Çörək bol olarsa basılmaz vətən" deyirdi Səməd Vurğun... Müharibələrdə vətənin basılmamasına çörəyin səbəb olmasını vurğulayır şair bu misra ilə.

 

İnsanları həyata bağlayan nemət... Müharibələrdə belə, onlara həyat bəxş edən, çətin sınaqlardan onları alnıaçıq, üzüağ çıxaran, ölməyə qoymayan, əbədi yaşam stimulumuz...

Müqəddəs nemət olan çörək haqda çox yazılıb, çox deyilib, hələ yazılacaq, deyiləcək... 

Viktor Hüqonun "Səfillər" romanının qəhrəmanı Jan Valjanın başına gələn faciələr çörək oğurluğundan başlayır. 1795-ci ilin qışında ərzaq qıtlığı yaşanırdı. Jan Valjan bacısı qızını aclıqdan xilas etmək üçün yerli çörəkçidən çörək oğurlayır. Jan Valjan həbs olunur və 5 il həbsxanada cəza çəkir. Hər dəfə qaçmağa cəhd göstərdiyi zaman cəzası bir az da artırılır. Viktor Hüqo obrazın iqtisadi böhran ərəfəsində öz bacısı qızını doyurmaqdan otrü çörək oğurladığı və dəfələrlə qaçmağa çalışdığı üçün məhbus həyatı sürdükdən sonra normal yaşamaq üçün çəkdiyi 19 illik əziyyətləri təsvir edir.

 

Niyə bunları ,misal gətirirəm,deyirlər çörəyin,unun qiyməti qalxıb.Bədbəxt kasıb indidə çörəyəmi möhtac qalsın?Bu xalqı hər yolnan imtahan elədilər,çörəkləmi imtahan olunur bu zavallı millət?Yoxsulluq,müharibə,xəstəlik onsuzda bu milləti zəlil qoyub.Bir qarın çörəyidə doyunca yeməsinlər?Toxun acdan nə xəbəri...Hazır olun oğurluqlar çoxalacaq,sosial problemlərdən ailələr dağılacaq ,nələr baş verəcəksə Allah özü qarşısını alsın!Aclığın əsarətində qalmasın bu millət...

Şəfəq Ağacan

Paylaş:

Oxşar xəbərlər