Bakupress Milli İnformasiya Agentliyi

Əli Həsənovun kürəkəni işdən çıxarıldı

Qaradağ Rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad olunub.

 

BakuPress.Az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, polis polkovniki İsfəndiyar Mehbalıyev öz arzusu ilə daxili işlər orqanlarından xaric edilib.

 

Hələlik onun yerinə təyinat yoxdur.

 

"BakuPress" əlavə edir ki, İsfəndiyar Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Mehbalıyevin oğludur.

 

İ.Mehbalıyev Prezidentin keçmiş köməkçisi, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun kürəkənidir.

 

Paylaş:

Oxşar xəbərlər