Bakupress Milli İnformasiya Agentliyi

Jurnalistlərin ölümündə rus sülhməramlıları günahkardır

 

Jurnalistlərin ölümündə rus sülhməramlıları günahkardırJurnalistlərin ölümündə rus sülhməramlıları günahkardır.


BakuPress.Az xəbər verir ki, bu sözləri beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Kəlbəcərdə “Kamaz” markalı sərnişin avtobusunun minaya düşməsi nəticəsində həlak olan jurnalistlərlə bağlı qeyd edib. O bildirib ki, 10 noyabr bəyanatından sonra ermənilərə o torpaqlardan şəxsi əşyalarını götürüb getmək üçün vaxt verildi:

 

“Əvəzində isə ermənilər həm Ağdamda, həm də Kəlbəcərdə minlərlə mina döşəyib getdilər. Bu şəraiti onlara kim yaratdı? 10 noyabr bəyanatının dərhal ardından Qarabağa yerləşən Rusiya sülhməramlıları. Necə oldu ki, alban kilsəsini qorumaq üçün göbələk kimi bitən sülhməramlılar o qədər mina döşənməsinə göz yumdu, onun qarşısını almadı? Məgər sabit praktika deyil ki, sülhməramlılar silahsızlandırma, minalardan təmizləmə işini həyata keçirir? Bəs Kəlbəcərdə, Ağdamda niyə imkan verdilər bu qədər mina döşənməsinə?”

Paylaş:

Oxşar xəbərlər