Bakupress Milli İnformasiya Agentliyi

Bakupress kollektivi qurbanlari imkansız ailələr üçün kəsdi-VİDEO

Dünya müsəlmanları müqəddəs Qurban bayramını qeyd edirlər.
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur.
Dini qurban kəsmə İbrahim peyğəmbərin adı ilə bağlı mərasimdir. Qurani-Kərimə görə, oğlu İsmayılı Allah yolunda qurban kəsməyə hazır olan İbrahim peyğəmbərin bu əməli əsl möminlik kimi qiymətləndirilir və Allah-təala İbrahim peyğəmbərə oğlu İsmayılın əvəzində qurban kəsmək üçün bir cüt qoç göndərir. Bu səbəbdən bütün dünya müsəlmanları hər il İbrahim peyğəmbərin və oğlu İsmayılın xatirinə qurban kəsirlər. Həcc mərasiminin son gününə təsadüf edən Qurban bayramı Ramazan ayının qurtarmasından 70 gün sonra - zilhiccə ayının 10-da qeyd edilir və adətən 4 gün davam edir. Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib onun ətini imkansızlara, kasıblara paylamalıdır. BakuPress Milli İnformasiya Agentliyi bu milli və dini bayramımız olan Qurban bayramı münasibəti ilə qurbanlar kəsdi və imkansız ailələrə payladı.Bu işdə bizə dəstk olan hər kəsə öz təşəkkürümüzü bildiririk.O gün olsun ki,vətənimizdə heç kəsin yardıma ehtiyacı olmasın,hər kəsin imkanı Qurban kəsməyə çatsın.İnşallah gələn il BakuPress kollektivi öz qurbanlarını Şuşada kəssin.Amin!

Paylaş:

Oxşar xəbərlər