Bakupress Milli İnformasiya Agentliyi

Ədalətsizlər ədalət uğrunda mübarizə aparanlara qalib gəlmək istəyir...

Ədalətsizlər ədalət uğrunda mübarizə aparanlara qalib gəlmək istəyir...

 

Bir toplum, bir dövlət ən çox hansı səbədən dağılır, yıxılır? - Bu haqda düşündünüzmü? Tam səmimi deyirəm: Ədalətdən nə qədər uzaq düşərsə, çöküşü də o qədər sürətli olur. Mövzuya əks tərəfdən baxacaq olsaq, deyə bilərəm ki, bir ölkə nə qədər ədalətli olarsə, gücü də, davamlılığı da o qədər uzun olar, sağlam olar.Mövlananın yaxşı bir sözü var"Bu dünyada yüzlərlə axmaq ətək dolusu qızıl verib şeytandan dərd satın alır. "
Hə bax indi bu cür axmaqlar daha çoxalıb.Məzlumun tərəfini deyil vəzifəsi, kreslosu olanıda guyaki nüfuz qazanmış Hacılar müdafiə edib ,sənə hədə qorxu gəlirsə vay bizim halımıza...
Ac qurd çayın aşağı hissəsində bir quzu görür və onu yemək üçün bəhanələr axtarır. Birinci deyir ki, mən içən suyu bulandırırsan. Lakin yazıq quzu aşağı hissədə olduğundan bunun mümkünsüz olduğunu deyəndə, qurd da deyir ki, sən keçən il mənim atamı və anamı söymüsən. Quzunun buna cavab olaraq bir il əvvəl heç doğulmamasını və bu səbəbdən də onun valideyinlərini təhqir etməsinin mümkün olmadığını bəyan etməsindən sonra, görür bəhanələri dəf olunur, ona görə açıqca deyir ki, heç nəyə baxmadan onsuz da səni yeyəcəm və yeyir də.

Əlbəttə, bu dünyada mütləq ədalət yoxdur. Hər şey müəyyən nisbətdədir və müqayisə şəklində ölçülür. Hər bir müqayisənin isə qüsurlu olmasını iddia etmək özü qusurlu fikirdir. Bu dünyada Allahdan başqa yalnız peyğəmbərlər və imamlar tam dəqiqliklə ədalətli olmuşlar. Bir dəfə iki qadın Süleyman peyğəmbərin yanına gəlir və hər ikisi bir körpə uşağa iddia edir. Biri deyir ki, onlar bir yerdə qalıblar və biri o birisindən üç gün sonra dünyaya oğlan uşağı gətirib.

Birinin uşağı öldüyündən ölü uşağı o birisi ilə dəyişdirib. Indi hər ikisi sağ qalan uşağın məhz onunku olmasını iddia edir və heç biri geri çəkilmək istəmir. Süleyman peyğəmbər işi belə görəndə əmr edir ki, uşağı qılıncla iki hissəyə bölsünlər. Qadınlardan biri buna razı olsa da, o birisi deyir ki, uşağı öldürməyin, o biri qadına verin. Təki balası sağ qalsın. Peyğəmbər uşağı məhz ona verir, digərini isə cəzalandırır. Çünki əsl ana uşağın heç kimə qismət olmayıb öldürülməsinə heç zaman razı olmazdı.

Ədalət qıt olan yerdə həmişə ondan daha çox danışılır. Qıt deyəndə sovet dövründə tanışlıqla, əlaltı satılan hansısa mal yada düşür. Ancaq ədaləti nə əlaltı almaq, nə də ümumiyyətlə pul ilə almaq olar. Əlbəttə, burada bizdə təbii sayılan, hakimlərin qərarlarını pul ilə almaq hesabına aılnmır. Çünki hakim, prokuror rüşvət götürdüyünə görə ədalətsiz olmur. İş orasındadır ki, o pulu məhz ona görə götürür ki, o ədalətsizdir. Bu isə köklü olaraq başqa bir şeydir. Yəni bu, ona oxşayır ki, əgər biri yaxşı həkim deyilsə, siz ona artıqlaması ilə pul versəz belə bunun mənası olmayacaq. Çünki o, əgər öz işinə vicdanla baxsa belə öz işini mükəmməl bilmirsə yaxşı nəticə əldə edə bilməyəcək. Ədalətin dadını bilmək üçün bir dəfə də olsa ədalətsizliyi “dadmaq” lazımdır.

Bəla bundadır ki,ədalətlsizlər ədalət uğrunda mübarizə aparanlara qalib gəlmək istəyir...

Düşünmək lazımdır, əfəndilər, düşünmək. Doğru istiqamətdə düşünmək, hər şeyi nəzərə alaraq, ədalət prinsipini düşündüyümüzün mərkəzinə qoyaraq düşünmək. Çünki düşünməyənin başına bəlalar yağmur kimi yağar necə ki, yağır da...

Şəfəq Ağacan

Paylaş:

Oxşar xəbərlər