Bakupress Milli İnformasiya Agentliyi

Hitlerin stulunda əyləşmiş azərbaycanlı (VİDEO)

99 yaşlı müharibə veteranı Mirməhəmməd Əliyev

99 yaşlı Mirməhəmməd baba bütün yaxasını dolduran medaları elə-belə almayıb. Böyük vətən müharibəsində şücaətinə verilən qiymətdir bu gün üzərində fəxrlə, qürurla gəzdirdiyi bu medal və nişanlar. 

1941-ci ildə Könüllü olaraq böyük vətən müharbəsinə yollananda Mirməhəmməd Əliyevin 21 yaşı var idi. Bakıdan hərbi xidmət göstərəcəyi Krıma qədər yolu o qədər də asan keçməyib. Yolboyu bir neçə dəfə ölümlə üz-üzə gəlsələr də Krıma çatır 

Xidmətə başladığının 3-cü ayında almanlar hərbi hissəni bombalayır. Mirməhəmməd baba başından ayağından və qolundan qəlpə yaraları alır. Hərbi hospitalda müalicə olunduğu 2 ay ərzində tibb işçilərinə köməklik edir.
Bunu nəzərə alan komandiri hərbi xidmətə yararlı olmadığından Mirməhəmməd Əliyevin xidmətə tibbi personal kimi davam etməsinə qərar verir. Bu xidmətlə də az qala bütn müharibə bölgəsini dolanır. Ən sonda da hitlerin stulunda əyləşmiş azərbaycanlı olur.

1945-ci ildə mühaibə bitdikdən sonra Mirməhəmməd babanın xidməti bitmir. Yaponiyaya göndərilir. Nəhayət 1947-ci ildə Bakıya qayıdır. 
Amma həmin dövrdə Azərbaycandakı vəziyyət ürəyaçan olmadığından Mürməhəmməd dayı yollanır Özbəkistana ömrünün 35 ilini ÖZbəkistanda yaşayır və 1990-ci illərda müstəqillik əldə etdikdə sonra Azərbaycana qayıdır. 

Mirməhmməd dayının ailə həyatı da rəngarəng olub. 99 yaşlı veteran 5 dəfə evlənib və ömür gün yoldaşlarının hamisi azərbaycanlı olub. Hazırda qızlarından birnin yanında qalan mirməhəmməd dayı ən çox kiçik kürəkəni Arif bəydən razılıq edir. Deyir o məni ölümdən qurtarıb. Elə Arif Hüseynli də doğma oğul kimi mirməhəmməd dayının əli ayağı olub heç yerdə onu tək qoymur.

99 yaşlı veteran həyatından elə də narazı deyil. Deyir 500 manata yaxın təqaüd alır. Bir tək istəyim can sağliğidir. Allah əsirgəməsin Mirməhəmməd baba...

Real TV

Paylaş:

Oxşar xəbərlər