Bakupress Milli İnformasiya Agentliyi

Bu gün televizyalar abırsızlar,əxlaqsızlar yuvasına çevrilib

Bu gün  televizyalar abırsızlar,əxlaqsızlar yuvasına çevrilib

 

Mənim uşaqlığım sovet dönəminə düşüb, yeniyetməliyimin bir hissəsi yenidənqurma dövrünə, bir hissəsi müstəqillik dövrünə düşüb .Lap uşaqlığdan o vaxtki AztV-nin müxtəlif verlişlərinin iştirakçısı olumuşam.İlk dəfə 1991-ci ildə 15 yaşım olarkən AztV-də "Məktəb kamera qarşısında "verlişinə aparıcı kimi dəvət olundum.Ordakı mədəniyyət işçilərin ,diktor və rejissor heyətinin ciddiliyi,tərbiyəsi məni valeh etmişdi.Adi bir sözün tələffüzündə azca səhv görsəydilər yüz dəfə məşq elətdirirdilər.Bir sözlə televizya sözün əsl mənasında tərbiyə və savad ocağı idi.
Bu gün isə televizyalar "abırsızlar","əxlaqsızlar" yuvasına çevrilib.Kim gəldi efirə buraxılır sonra "küçə şousu" yardırlar.
Bu nə deməkdir özümdə mat qalmışam.Biz bu "mədəni teleşoularla" hara gedirik?
Abır, həya… İlk dəfə bu sözü mən uşaq olanda eşitdim. Məclisdən qayıdan nənəm dedi ki, filankəs lap abrını itirib, həyasızlaşıb. Mənə maraqlı gəldi ki, görəsən abır nə olan şeydir ki, onu itirirlər. Nənəmdən soruşanda bunları dedi: “Həya adamın pis söz və davranışlardan utanması və uzaq dayanmasıdır. İnsan hər zaman öz ləyaqətini, abrını qorumalıdır”. Axırda dedi ki, Allahdan diləyim budur ki, hamını bu bədbəxtlikdən qorusun. Mən o zaman yenə başa düşə bilmədim ki, bədbəxtlik bunun harasındadır, lakin böyüyə-böyüyə nənəm demiş, belə abırsız insanlar və onların gətirdiyi bədbəxtliklər daha çox qarşıma çıxmağa başladı. Biri də elə dünən. Nə isə…

Bu gün elə bir zəmanədə yaşayırıq ki, yad adamlar bir tərəfə, ata-balanı, bacı-qardaşı, dost-dostu öldürür, var-dövlətini əlindən alır, evindən çıxardır. Elə bir zəmanədə yaşayırıq ki, insanlar dünyaya övlad gətirməkdən qorxurlar. Bəs bu aqressivliyə səbəb nədir? Var-dövlət hərisliyimi, azad respublikada yaşamağımızmı, qərbə inteqrasiyamı, nədir bizi bir-birimizi incitməyə vadar eləyən, həyat şəraitini çətinləşdirən. Bəlkə bunları hamısı bir yerdə? Məsələnin dərinliyinə baxanda görürük ki, bütün problemlərin kökündə əslində abır-həyanı itirməyimiz durur, çünki həya fərdi deyil, ictimai bir məsələdir.
Əvvələr bir məkanda əxlaqsız yaxud fırıldaqçını ictimai qınağa çəkib ordan uzaqlaşdırırdılar.Bu gün qeyrəti olub dilənəni elə günə qoyurlarki,yazıq özü peşiman olur.Televizyalar,mətbuat əxlaqdan,tərbiyədən,mənəviyyatdan uzaq olanları reklam edir.

Baxın, tək bir nəfər məmurun həyasızlığı nəticəsində nələr baş verir.Ölkədə bəzi səlahiyyətli şəxslər "ekstrasens","priton işlədənlərin","pozğunların","narkobaronların" arxasında durur.Bəli fakt belədir.Belə olmasaydı efirdə belələri meydan sulamazdı.Hansısa jurnalist bu cür faktları araşdırıb,QHT rəhbərlərinin münasibətini öyrənəndə bir çox orqanlar onları dəvət edib, barmaq silkəliyir ki,başınızı aşağı salıb öz işinizlə məşğul olun yoxsa başınız bərk ağrıyar...Bax reallıq budur.Dünən Rövşanə xanımın verlişində hansısa" üzdəniraq ekstranses "ömrünü Azərbaycanın mədəniyyət tarixinə həsr eləmiş birinə efirdə həyasızcasına qışqırıb səni bir zəng ilə apartdıraram deyir.Kimdir bunlara bu səlahiyyəti verən?Gənclik efirdən dərs götürür efirdə ekstranses reklam olunur ,sonrada deyirik hansısa falçı 46 qızı aldadib, zorladı.Bunu gözləmirdiniz ki,belədə olmalıdır...Fırdaqla məşğul olan bir falçını ifşa edirsən,ədalət tərəzisinin məkanı məhkəmədə hakim deyirki,sizdən başqa bunu görən yox idi ki,sizə nə düşüb bunu ifşa edirsiniz?.Suçluyam amma güclüyəm şüarı bu gün çox dəbdədir."Prikol mənbəyi" adlandırdığı müğənini efirə çağırıb sonra təhqir edən ,"cindarı" "şeyx" adlandırıb,. kitabını reklam edən aparıcı Rasim Balayev kimi korifeydə guya səhv tutub, öz aləmində susdurur.Ayıbdır abrınız olsun.Camaat elmi ilə tərəqqi edir,siz cahilliyi,əxlaqsızlığı reklam edirsiniz.Ay televizya rəhbərləri millətin əxlaqını ,təfəkkürünü reytinqlərinizə qurban verməyin! 
Tək televizyalar deyil,hər yer bu gündədir Bu gün öz biliyindən əlavə, abırı, mərifəti ilə müəllimlərindən “afərin” almış bir qızın əvəzinə, dükandan adicə çörək alanda kalkulyatorla hesab əməliyyatı aparan, “şortik”, “dekolte” geyinən “gözəli” yüksək maaşla işə götürülür.Sadəcə televiziya bu cür düşüncəyə təkan verir.
Bu gün əsil ziyalıların səviyyəsiz və iddialı adamlar əlində oyuncağa çevrilmələri ürəkbulandırıcıdır. Bu həm də millətin mənəvi genofoduna ağır zərbədir. Axı, gör-götür dünyasıdır. Bu sahədə görüb-götürənlərin sayı çox olsa onda biz nə günə qalarıq? Bizim xalqı gələcəkdə hansı mənəviyyat gözləyər?Milli mətbuatımızın əsasını qoyan H.Zərdabinin,Mirzə Cəlilin ruhu bu günki televizyaları görüb bəlkədə abırlarından gordada gizlənməyə yer axtarır.
Ölkədə təcavüz hallarının sayı durmadan artır. Artıq iş o yerə çatıb ki, bəzi insanlar manyaklaşmanın pik həddinə çatıb. Bu cür hadisələr nəinki hansısa rayon ərazisində, hətta bir ailənin daxilində də baş verir. Bu biabırçı hərəkətlərə hətta bəıziləri haqq da qazandırırlar. Məlum olur ki, artıq insanlarda beyin, düşüncə pozğunluğu artır.Bununda başlıca səbəbkarı televizyanın" küçə verlişləridir".Ürəyim doludur heç bilmirəm hansını deyim.
Bir vaxtlar “xalqdan sonra birinci hakimiyyət mətbuatdır” deyənlər də var idi. Mətbuata dördüncü hakimiyyət funksiyası rəsmi qaydada verilmir, dərin ictimai məna daşıyan sanballı yazılarla bu mərtəbəni qazanmağada qoymurlar.Axı mətbuat ictimai rəyin formalaşmasına ən güclü təsir edən bir qurumdur.Əbəs demirlər ki, mətbuat həyatın güzgüsüdür. Məhz buna görə də müdrik H.B.Zərdabi yazırdı ki, “hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun... yaxşı-yamanlığın aşkar eləsin”, xalqın “hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan xalqı aynada görən kimi görsün”.İndi siz deyin bu günki mətbuata,televizyaya baxan xalqımız aynada özünü hansı formada görsün?
 

ŞƏFƏQ AĞACAN

Paylaş:

Oxşar xəbərlər