Bakupress Milli İnformasiya Agentliyi

Raqif Ədalətoğlu elə bir oğuldur ki,nə qədər ömrü uzun olsa bir o qədər yaxşı əməllərə imza atmış ola biləcək

Raqif Ədalətoğlu elə bir oğuldur ki,nə qədər ömrü uzun olsa bir o qədər yaxşı əməllərə imza atmış ola biləcək 

 

İnsan yeganə varlıqdır ki, onun ağlı, düşüncəsi vardır. Hər bir insan bu dünyada etdiyi əməllərlə yaşayır, kimisi yaxşı, kimisi pis əməllərlə insanların yaddaşında qalır. İnsanın əməlləri ilə yaşaması onun etdiyi yaxşılıqlar onun dünyaya etdiyi gözəlliklərdir. Azərbaycanda belə oğullardan biridə BakuPress Milli İnformasiya Agentliyinin icraçı direktoru Raqif Ədalətoğludur.Bu gün onun doğum günüdür.
Yaxşılıq işıq kimidir, yayılması işığı azaltmaz. Yaxşılıq azalma deyil, çoxalma halıyla gerçəkləşir. Yaxşılıq ruhi sahədə onu edən sahibinə qayıdır və təbii ki, mislini Allah bilər. Yaxşılıq yerdən göyə, kainata yayılan ruhi enerji kütləsidir. Bu enerji itmir, dağılmır. Həm hədəfə yönəlir, həm də nəticəsi sahibinə dönür.Bu insan sözündə və əməlində eyni olan,dostluqda sadiq,yoldaşlıqda mərd və ən əsası işində dəqiq bir insandır.Onun haqqında çox sözlər yazmaq olar amma bunlardan ən alisi o əsl Azərbaycan oğludur.Dəyanətli mərd dost,gözəl ailə başçısı,diqqətli və qayğıkeş ata,layiqli oğul və qardaş bacısına dağ kimi arxa ola bilən qardaşdır.
Doğurdan da fikirləşəndə adam hiss edir ki, bir yaşamlıq
ömür payı həyatın şirinliyinə görə insan üçün çox azdır, lakin
nə etmək olar, təbiətin bu hədiyyəsi ilə kifayətlənməkdən
başqa hələlik özgə əlacımız yoxdur. Lakin bütün
bunlar öz yerində, indi keçək məsələnin o biri tərəfinə.
Ömür var çox qısa olub, xatirələrdə yaşayır, əbədiyyətə
qovuşub. Ömür var uzun olub tarixin heç bir səhifəsinə
düşməyib. Raqif Ədalətoğlu elə bir oğuldur ki,nə qədər ömrü uzun olsa bir o qədər yaxşı əməllərə imza atmış ola biləcək bir insandır .Bəli bunu tam əminliklə deyə bilərəm.Bəzən səbirsiz,bəzən çılğın ,bəzən kövrək bəzən təlatümlü ola biər amma bütün bunların vəhdətində dürüst bir insan obrazı canlanır onun bir müharibəsi və tələbi var bu həyatda kim olursan ol dürüst ol!
Raqif çoxlarından fərqlidir.Həyatda inandığım və etibar etdiyim yeganə insandır.
Səni təbrik edirəm!Bacarıqlı,zəhmətkeş,xeyirxah bir oğulsan.Zəhmətin və iradən sayəsində çox şeylər əldə etmisən.Bundan sonra da uğurlarının davam etməsini arzulayıram.
Mən isə sənə həmişə inanmışam.Sən heç vaxt ruhdan düşmədin,həmişə də belə həyatsevər və optimist ol.Həmişə ətrafında sevdiklərin,çətin günündə dostların,xoşbəxt gününü bölüşə biləcəyin yaxınların bol olsun.Deyirlər insan dünyaya gələndə səmada bir ulduz da doğur.Onun yoluna işıq salmaq üçün.Qoy sənin ulduzun elə parlaq olsun ki,o işığa başqaları da yığışa bilsin.Sağlam və mənalı ömür arzulayıram!BakuPress-in bütün kollektivi adından səni təbrik edirəm!100 yaşa ,sağlam yaşa Allah sənə sağlam ömür versin səni hər yaşında şux ,sağlam ,xoşbəxt görümək bizim kimi dostların ən böyük arzusudur.

Arzum budur istəyinə çatasan,
Sevincinə yeni sevinc qatasan,
İstəyirəm xoşbəxtlikdə batasan.
Əziz dostum, doğum günün mübarək!

Ömrün uzun, canın da ki sağ olsun,
Yollarının hər bir yanı bağ olsun,
Dostlar sənə dayaq olsun, dağ olsun.
Əziz dostum, doğum günün mübarək!

Unudulmaz bir gün yaşa bu axşam
Sağlığına dostlar içsin iki cam
Ürəyində qalmasın bir arzu, kam
Əziz dostum, doğum günün mübarək!

Darıxma sən, gözün yolda qalmasın,
Gözlərindən gülüş əksik olmasın,
Yeni yaşın gəncliyini almasın!
Əziz dostum, doğum günün mübarək!

 

Şəfəq Ağacan

Paylaş:

Oxşar xəbərlər