Bakupress Milli İnformasiya Agentliyi

Bəlkə də İlham Əliyevə prezidentlik lazım deyil, amma Azərbaycan xalqına İlham Əliyev hər zaman lazımdır

 Bəlkə də İlham Əliyevə prezidentlik lazım deyil, amma Azərbaycan xalqına İlham Əliyev hər zaman lazımdır

Hamıya məlumdur ki,11 aprel Azərbaycanda növbəti növbədənkənar prezident seçkiləridir.Seçkilərlərlə bağlı BakuPress Milli İnformasiya Agentliyi 54 rayonda əhali arasında sosial sorğu keçirdi.54 rayon demək olarki bütöv Azərbaycan deməkdir,arzu edirəm ki,gələn seçkilərdə bütöv Azərbaycanda ,işğalda olan torpaqlarımız azad olsun orada sorğu keçirək.Mən buna inanıram İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində torpaqlarımızı yenidən azad edəcik.
Qeyd edim ki,Azərbaycanda 11 apreldə keçiriləcək prezident seçkisini bu gün dünya böyük maraqla izləməkdədir. Dünyanın ən ünlü siyasətçiləri, analitiklər və beyin mərkəzləri irimiqyaslı təhlillər aparır, bir-birindən olduqca fərqli proqnozlar verirlər. Kütləvi informasiya vasitələri isə seçkiyə hazırlıq və onun keçirilmə şəraiti ilə əlaqədar müxtəlif məlumatlar yaymaqdadır.

Bu yöndə aparılan bütün müşahidələr göstərir ki, dünya miqyasında Azərbaycan haqqında fikirlər müsbət istiqamətdə çox dəyişmişdir. Çoxsaylı mülahizə və təhlillər də göstərir ki, bu proseslərin ciddi əsasları vardır. Hər şey ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışı ilə başladı. Məhz həmin dövrdə Azərbaycanda müstəqil dövlət quruculuğunun konseptual əsasları hazırlandı və qətiyyətlə onların həyata keçilməsinə başlandı. Çox ziddiyyətli proseslərlə xarakterizə olunan keçən əsrin 90-cı illərində ümmumilli liderin rəhbərliyi ilə demokratik dövlət quruculuğu istiqamətində böyük işlər görüldü.

Artıq XXI əsrin əvvəllərində, 2000-ci ildə aydın idi ki, Azərbaycan Cənubi Qafqazda ən uğurlu dövlət quruculuğu modelinə malik ölkədir. Heydər Əliyev istər daxili, istərsə də xarici siyasətdəki bütün incə məqamları da nəzərə alaraq, Azərbaycanda güclü demokratik dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına imkan verən optimal kurs yarada bilmişdi. Bu proses 2003-cü ildən başlayaraq özünün yeni mərhələsinə qədəm qoydu.

2003-2013-cü illəri əhatə edən dövrdə Azərbaycanda həyata keçirilən siyasət - XXI əsrin ilk onilliyi göstərdi ki, Cənubi Qafqazda dövlət kimi ən böyük şansa Azərbaycan nail olmuşdur. Çünki Azərbaycanda dövlət quruculuğu 1993-cü ildən bu yana yalnız maraqlara uyğun olaraq aparılmışdır.

Son 15 ildə Azərbaycanın iqtisadiyyatı 4-5 dəfə artaraq, hazırda müasir infrastruktur və çoxşaxəliliyi ilə səciyyələnir. Dövlət hazırda neft hasilatını sabit saxlamaqla, ölkənin iqtisadi artımını əsasən qeyri-neft sektorunun hesabına həyata keçirir. Son 10 ildə qeyri-neft sektoru 3 dəfə artmışdır.
Bir daha qeyd edim ki,Azərbaycanın bir dövlət olaraq dünyada öz layiqli yerini tutması, inkişafı və müstəqilliyinin möhkəmləndirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev hansı şəraitdə, hansı vəzifədə çalışmasından asılı olmayaraq, həmişə öz xalqı ilə birlikdə olub, mahir bir siyasətçi kimi ölkəni tarixin ən çətin sınaqlarından məharətlə çıxarıb, müasir Azərbaycan dövlətini qurub, onu beynəlxalq aləmdə tanıdıb. Çox sevindirici haldır ki, bu gün ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident 
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan güclənir, beynəlxalq arenadakı mövqeyini möhkəmləndirir. 
Cənab Prezidentin birbaşa diqqət və qayğısı nəticəsində bölgələr abadlaşır. əyalət şəhərləri şəhərsalma standartlarına uyğun yenidən bərpa olunub, əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilib. Bütün bunlar dövlət başçısı İlham Əliyevin xalqına yüksək diqqət və qayğısı kimi qiymətləndirilir. Azərbaycanın hər yerində ulu öndər Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevə böyük dəstək və rəğbət açıq-aşkar hiss edilməkdədir.

11 aprel -də keçiriləcək prezident seçkiləri ilə bağlı indidən müxtəlif söz-söhbətlər gedir. Amma birmənalı olaraq qeyd etmək istəyirəm ki, bizim prezidentimiz hələ çox cavandır. Onun 56 yaşı var. Hələ bundan sonra prezident işləməli dövrdür.Ən əsası İlham Əliyev ümumimilli lider Heydər Əliyev və görkəmli ziyalımız Zərifə Əliyevanın tərbiyəsini görmüş savadlı,ziyalı və dünyagörüşü geniş olan bir şəxsiyyətir.Ataların yaxşı bir misalı var ot kökü üstə bitər. Doğrudur bəzi icra başçıları,nazirlər var ki,cənab prezidentin yürütdüyü siyasətə öz əməlləri ilə ləkə gətirir amma cənab prezidentə bizim köməyimizlə onların nöqsanları üzə çıxarılıb təmizlənməlidir. Təbii ki, bundan sonra onun fəaliyyətinin çox böyük müsbət nəticələri olacaq. İlham Əliyevin prezidentlik fəaliyyətinin geridə qalan 15 ili ərzində Bakıdan tutmuş bütün regionlara kimi həyata keçirilən geniş abadlıq, quruculuq işləri göz önündədir. Hazırda elə bir sahə yoxdur ki, orada inkişaf olmasın. Ölkə başçısının da dediyi kimi, o bu gün hər bir azərbaycanlının prezidentidir. Ölkəmizdə gedən iqtisadi inkişaf Avropanın da diqqət mərkəzindədir. Dünya ölkələri iqtisadi böhrandan əziyyət çəkdiyi halda Azərbaycanda sürətli inkişaf edir. Bu da prezidentimizin apardığı uğurlu siyasətlə əlaqədardır. Bəlkə də İlham Əliyevə prezidentlik lazım deyil, amma Azərbaycan xalqına İlham Əliyev hər zaman lazımdır. Xalqımızın da ona böyük ehtiyacı var. Prezidentimiz hələ çox cavan və enerjilidirMən şəxsən bir ziyalı,jurnalist kimi
İlham Əliyevin növbəti dəfə Azərbaycanın prezidenti seçilməsini istəyirəm. 
Azərbaycanda keçiriləcək prezident seçkilərinə nəinki beynəlxalq təşkilatlar, hətta böyük dövlətlər də müdaxilə edə bilməyəcəklər.

Azərbaycan xalqı belə prezidenti əlindən niyə verməlidir ki? Mən də xalqın içində olan bir jurnalist kimi, çox istərdim ki, hələ uzun illər İlham Əliyev bizim prezidentimiz olsun. İlham Əliyevin gördüyü işləri heç kim görə bilməz. Bu baxımdan prezidentimizin Azərbaycanda alternativi yoxdur.

Bizim Dağlıq Qarabağ münaqişəsini həll edə biləcək yeganə adam ölkə prezidentimizdir. Bizim İlham Əliyevdən başqa prezidentimiz yoxdur. Bunu bütün Azərbaycan xalqı da istəyir. Mən bir jurnalist kimi insanların arasında olduğumdan, insanların İlham Əliyevə olan məhəbbətini görürəm. Bəzən belə söhbətlər gəzir ki, guya böyük ölkələr işə qarışa bilər, beynəlxalq təşkilatlar buna mane ola bilər. Amma qeyd edim ki, heç kim, heç bir ölkə Azərbaycanda prezident seçkilərini həll etmir. Prezidenti seçən xalqdır. Xalqın da 90 faizi cənab prezidentimizi dəstəkləyir. Bunun əleyhinə olan insanların niyyətləri ürəklərində qalacaq.

ŞƏFƏQ AĞACAN

Paylaş:

Oxşar xəbərlər