Bakupress Milli İnformasiya Agentliyi

AĞRILAR TALEYİMDİR….. Qəlbimə Xitab …..

Salam sevimli, istedadlı, dünyanı dərd kimi çiynində deyil, daha çox qəlbində daşıyan fədakar dostum- əzabkeş qəlbim!.. ağrılarından şikayətlənirsən yenə, səhərin gözü açılmamış… Ağrılar təbiidir.., əgər 1-2 günə ağrı çəkilsəydi- onda ağrının çəkisi də, adı-nüfuzu da adiləşərdi.. O, da insandan asanlıqla ayrıla bilmir.. o da insanda yaşamaq istəyir.. axı ağrını ən çox duyan, anlayan insandı.. elə bilirsən ayrılmaq asandı?!.. Həm də sənin kimi ağrılları sevən, ömrü boyu özünü ağrılara həsr edən mələk qəlbli insandan ayrılmaq asanmı ağrı üçün?!.. O özündən ayrılır sanki.. bəli- sevdiyi, rahatlıq tapdığı məkandan ağrı da uzaqlaşmaq istəmir… bu belədir.. bu ağrı fəlsəfəsidir.. ömrüm boyu yaşamışam bu fəlsəfəylə.. qəlbimi ağrılara məskən eləmişəm. Mən- ağrıların Vətəniyəm.. Ocağıyam.. qəlbimi vermişəm onlara.. qoy yaşasınlar.. və sağ olsunlar ki məni də yaşadıblar.. mənə sevdiriblər özlərini.. və əsl böyük sevgim kimi yaşayıblar köksümdə, qəlbimdə.. Ruhumda isə ilahiləşib bu ağrılar.. məni Dostoyevski ruhuna yaxınlaşdırdılar, doğmalaşdırdılar bu gözəl və şirin ağrılar… onlarsız özümü təsəvvür edə bilmirəm.. əgər taleyimdən ağrıları çıxsaydıq, yerdə nə qalardı ki?!… Heç nə!.. Nə qazanmışamsa, nəyə nail olmuşamsa- ağrılarıma borcluyam.. onlara minnətdaram… Bu da bir insan taleyidir gözün qarşısında- ağrılara əyani vəsait kimi.. canlı nümunə kimi…və bax boylan iç dünyama.. axı sən Qəlb dünyamın ən məşhur səyyahısan.. bütün ənginliklərə baş vurmusan, hər künc-bucağına bələdsən…Və ağrıları sevə-sevə yaşayaq… və yaşadaq onları da.. ömür YOLlarında yol yoldaşımız kimi… taleyimizin məzmunu kimi….Ağrıları heç vaxt yad hesab etməyək…düşmən kimi baxmayaq.. biz insanlar ağrılardan yoğrulmuşuq…. Biz- ağrılar, əzablar övladıyıq….

Soruşurlar bu yazının kimə ünvanlandığını.. o ünvan MƏN özüməm.. əslində qəlbində, taleyində ağrı olanların hamısına aiddir bu yazı… düşüncənin dəqiq ünvanı olmur əzizlərim…. insan tapa bilərsənmi ki ağrısı olmasın.. əzabı olmasın.. dərdi olmasın.. taleyində faciə yaşamasın???.. yox əlbəttə… deməli- bu hamıya ünvanlanmış yazıdır… hərə öz ağrısını, əzabını tapır poeziyada da, musiqidə də, düşüncələrdə də… Ağrıların övladı olsaq da- ağrılar həm də övladlarımızdır, əzizləyib nəvazişlə qoruyuruq, yaşadırıq, əzablarımızı həyat ağrılarindan qoruyuruq….

Ağrılar.. ağrılar… 10-12 il əvvəl ürək ağrılarım səngimirdi, bir gün belə mənə rahat yaşamağa imkan vermirdi… bəzən gündə 2-3 dəfə təcili yardım çağırmalı olurduq,. Bakınin bütün klinikalarında oldum, ən məşhur kardiloqlar baxdı ürəyimə.. reanimasiyaya düşdüyüm hallar da oldu.. ancaq ürəyimdə heç bir problem ya patologiya tapa bilmədilər.. qaldılar mat-məəttəl.. hətta reanimasıyada olanda 3 nəfər psixoterapevt dəvət etdilər mənə yardım üçün… onlarla söhbətdə özləri etiraf etdilər ki, “müəllim, biz sizdən daha çox şey öyrəndik. Halbuki biz sizə yardım etməyə gəlmişdik”… nə isə… ağrılı günlərim bax beləcə davam edirdi.. təzyiqin düşməsi… başağrıları.. və dərin depressiya.. ( depressiya zamanı yaşadıqlarımı ayrıca qələmə almaq fikrim var, zənnimcə depressiyadan əzab çəkənlərə bir dərslik rolunu oynaya bilər yazacaqlarım, çünki bunları özüm yaşamışam.. dərk edərək).. və nəhayət türk həkimi məni danışdırıb ürəyimi yoxlayandan sonra dedi:  “ƏFƏNDİM.. SİZİN  ÜRƏYİNİZ  YOX,  QƏLBİNİZ  AĞRIYIR”… və ağrılarımın səbəbini, mənbəyini anladım… və ağrılarla DOST olub onlara öyrəşdim, onları sevdim iç dünyam kimi.. və hələ də onlar yaşayır içimdə.. ancaq məni incitmir, narahat etmir. Çünki onlar taleyimdir… Taleyimi çox sevirəm!… və taleyimdən çoox məmnunam!….
RUHUYLA DANIŞAN İNSAN…
Bu gün gənclər günüdür.. Təbrik edirəm həm yaşca, həm qəlbən, həm də ruhən gəncliyini yaşayanları!.. Gənclik eşqiniz heç vaxt sönməsin!…
Həyatda ən çox sevdiyim gənci- 22 yaşlı BƏXTİYARİMİ, Qəlbimin həmdəmi BƏXTİŞİ təbrik edirəm bu əziz gündə!.. O da yaşayır öz gəncliyini… hamıdan fərqli… necə ki körpəliyini də, uşaqlığını da yaşayıb hamıdan fərqli, sakitcə… öz içində.. dinməz-söyləməz.. danışmadan.. çünki hələ 2 yaşında “professor-həkim” adlı pul düşgünü cəllad insafsızlığı və naşılığıyla məhrum etdi Bəxtişi danışmaq qabiliyyətindən… cərrahi əməliyyat zamanı sinirlərinə toxunaraq həm dilindən, həm zehni inkişafdan məhrum etdi… və hamının istedadlı olacağını dedikləri, hələ təzəcə dil açıb danışan körpəni susmağa məhkum etdi…. Anadangəlmə dodaq şikəstliyini aradan götürmək əvəzinə dil və beynini də şikəst elədi “həkim”.., qaş düzəldən yerdə…..??!..
Çox bəlalar çəkdi başı bu başıbəlalı Bəxtişim… 6 yaşı oldu… tay-tuşları məktəbə getdi- o isə həsədlə onların arxasınca baxdı.. bəli.. o məktəbə gedə bilməzdi.. axı danışa bilmir.. 17-18 yaşlarında həmyaşıdlar ali məktəblərə ya orduya getdilər, kimi təhsil dalınca, kimi xidmətə.. Bəxtiş isə hamısından məhrum idi… yenə gözləri yol çəkirdi…
Dil- ünsiyyət vasitəsi kimi yalnız insana xas olub, onu bütün canlı və cansız aləmdən fərqləndirib dünyanın əşrəfinə döndərib.. Ancaq insan təkcə dillə danışa bilirmi, insanı anlaya bilirmi??!… Əsla yox.. Bəxtişim danışır.. hər gün danışır.. hər şeyi danışır- çünki hər şeyi çox gözəl anlayır, duyur, lap o dil qatili “profesor”dan da yaxşı danışır Bəxtişim.. İnsan dilində danışır, qəlb dilində danışır, Ruhuyla danışır hamıyla… və hamıya öz fiklrini bir çox dillilərdən və pul diliylədanışan o “həkim”dən də yaxşa anlada bilir hamını.. çünki ürəklə danışır.. səmimi danışır..yalan nə olduğunu bilmir.. saxtakarlıqdan anlayışı yox.. pislik bacarmır.. çox şeyi baxışlarıyla deyir.. Onun yolunda hədsiz əzablara qatlaşan Anası ağrınanda onun gözlərindəki hissləri, duyğulari ifadə etməyi ən mahir şair ya psixoloqlar belə bacarmaz… Mənimlə Ruhuyla bağlıdı Bəxtişim.. gəlişimi qabaqcadan hiss edir, əl çalıb oynayır hər evə qayıdışıma.. hər səhər mən evdən çıxanda xeyir-dualarını baxışlarıyla çatdırır mənə.. Ürəyim ağrıyanda o rahatlıq tapa bilmir, həssas qəlbiylə mənə məlhəm olur, ağrılarımı yox edir.. başım ağrıyanda əlini qoymağı kifayərtdir ki, sakitləşsin on minlərlə kitabı içində daşıyan başım..
Bəxtişim- bəxt ulduzumdur, taleyimdə nail olduğum bütün uğurlara görə daha çox ona minnətdaram, onun xeyirxah Ruhuna!.. və ən böyük uğurlarımı məhz o dünyaya gələndən sonra qazanmışam.. (yeri gəlmişkən xatırladım ki, onun dünyaya gəlişi də əlamətdar gündə oldu, 1995-ci il iyunun 24-də biz İsmayıllı mədəniyyət evində gözəl ziyalımız, tarixçi-alimimiz, yazıçı-publisist Aydın Səlimzadənin xatirə gecəsini keçirən gün.. və ona ən böyük Aydınımız- BƏXTİYAR Vahabzadənin adını qoyduq..) O talismanım olub, dağdağanım olub, İlham pərim olub.. Mənim gözümdə o dünyanın ən Məsum, ən saf, ən həssas, ən intellektli, ən zirəng, ən mərhəmətli İnsanıdır… çünki o hamıyla RUH dilində danışır, çoxlarının öz saxta və dayaz düşüncələrini, iyrənc niyyətlərini, məkrli planlarını gerçəkləşdirmək üçün sui-istifadə etdyi “insan” dilində yox..
Bayramın mübarək Bəxtişim- ey RUH tərcümanım, qəlb şairim, yazıçım, təbibim, loğmanım, fəxrim, məni bu dünyaya ən bərk bağlayn sehirli Varlığım- BƏXTİŞİM mənim!..
İNSANI TALEYİNDƏN AYIRMAQ OLMUR……
Konsertdən çıxıb evə qayıdırdım, gec idi. Taksiyə əyləşdim, arxa oturacaqda mənimlə yanaşı 50-55 yaşlarında ziyalı görkəmli bir kişi əyləşmişdi, üzünün ifadəsindən elm ya sənət adamı olduğu duyulurdu. Qayğılı olduğunu hiss etdim. Kiməsə zəng etdi, və çox mehribancasına salamlaşdı, hiss etdim ki, həyat yoldaşıyla danışır. Qarşı tərəfin səsi aydınca eşidilirdi. Qadın “Görüm səni heç evə salamat gəlməyəsən” dedi, qəzəblə, nirfrətlə… Kişi tutuldu, sanki qəfil güllə ilə düz ürəyindən vurdular.. Sarsıntı və iztirabları üzündən oxunurdu.. Gözlərininn ətrafı qaraldığından əzabkeş insan olduğu bilinirdi.. Onun nələr çəkdiyini, nələr düşündüyünü və getdiyi “ev” adlı ünvanda nələrlə qarşılaşacağını təxmin elədim. Ona zəif təsəlli kimi başını söhbətə qatmaq, acı və ağrılı düşüncələrdən ayrımaq cəhdlərim də nəticə vermədi.. O, öz qarışıq aləmindəydi və söhbətə körpü salmaq üçün verdiyim sualları heç eşitmədi də..
Evə gedirdi.. ancaq bu evmi?.. hər binaya ev demək olarmı?!.. əgər içində həyat varsa, sevgi-anlayış varsa bina evə çevrilir, yoxdursa- o elə sadəcə tikili olaraq qalır.. Onu evə, insan ocağına döndərən,isidən nə sobadı, nə kombidi- insan nəfəsi, insan sevgisidir.. Ev- rahatlıq üçündür, yorğunluğunu unutmaq üçündür, gündəlik həyatda, cəmiyyətdə baş verən min cür neqativdən, əsəbdən, gərginlikdən qurtulmaq məkanıdır ev. İnsanın özünə, öz həyatına qayıdışıdır ev- unutdurur qalan dünyanı… Əzablar və cavabsız suallar məngənəsində sıxılan, əzilən bu insan üçün hiss olunurdu ki, ev heç can atmadığı məkandı, o sadəcə gecələmək ya müəyyən saatlarını keçirmək üçün bir tikilidir, soyuq daş divarlardan ibarət.. Yaxşı deyiblər ki, xoşbəxtdir o kəs ki, səhər işinə tələsir, axşam da evinə.. Bu kişi tələsmirdi.. əksinə yol getdikcə narahatçılığı artırdı- görünür qarşılaşacağı mənzərələrin də əzablarını indidən yaşayırdı… hələ taleyində nələri arxada qoyub- onu demirəm.. Gözlərində yaş, hirsindən, qəzəbindən, hiddətindən doluxsunmuş, dolmuş, gərilmiş bu insan gözlərini məchul nöqtəyə zilləyib YOL gedirdi.., öz içindəki tale yolunu… Taksinin apardığı ünvan, görünür onun tale ünvanı deyilmiş…
İnsanı öz taleyindən ayırmaq olmur….


Xeyrulla Agayev

Paylaş:

Oxşar xəbərlər