Bakupress Milli İnformasiya Agentliyi

Prezident jurnalistlərə təbrik ünvanladı

 

Prezident jurnalistlərə təbrik ünvanladı
 
Bu saatlarda Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilir. 
 
 
BakuPress.az xəbər verir ki, qurultayın açılışını elan edən Azərbaycan Mətbuat Şurasımın sədri Əflatun Amaşov deyib ki, tədbirdə quruma üzv olan 166 təşkilatdan 240-dək nümayəndə iştirak edir.
 
Qurultayda Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov çıxış edərək dövlət başçısı İlham Əliyevin təbrikini çatdırıb.
 
Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.
Paylaş:

Oxşar xəbərlər