Bakupress Milli İnformasiya Agentliyi

Afrin hərəkatının qadın zabitləri-Fotolar

Sərhəd xəttində hərəkatın əvvəlindən xidmət edən qadın əsgərlər arasında kapitan və baş leytenant olanlar var. 
BakuPress.az xəbər verir ki, "Zeytun Budağı" Hərəkatı çərçivəsində Əsgər Afrinə doğru irəliləyişini davam etdirərkən, sərhəd xəttində birliklərdə vəzifə alan qadın zabitlər də hərəkatda fəal iştirak edir.
 
Türk Silahlı Qüvvələrinin, Azad Suriya Ordusunun dəstəyi ilə 20 Yanvardan bu yana davam etdirdiyi hərəkata qatılan bəzi ittifaqlarda qadın əsgərlər də iştirak edir. Bir qismi daha əvvəl Fərat Əleyhinə hərəkatına da qoşulan qadın zabitlər, "Zeytun Budağı" Hərəkatına qatılan birliklərin sanki əli ayağı olur.

"Bizlər Fatma, Xatunların övladlarıyıq, vətən eşqi bizə onlardan miras qalıb. Bu peşəni etmək və bu hərəkata qoşulmaq mənim üçün bir şərəfdir" -deyə qadın əsəgrlər bildirib.
 
Onlar bütün çətinliklərin öhdəsindən gələ biləcək güc və qətiyyətə malik olduqlarını dilə gətirib.
 
Qadın zabitlər onlara verilən vəzifələri böyük bir dəqiqliklə yerinə yetirdiklərini vurğulayaraq "Qürur verici bir vəzifə, verilən əmrləri ən sürətli şəkildə yerinə yetiririk" - deyiblər.
Biz də bu məsuliyyətli və Qürurverici vəzifələrində onlara uğurlar diləyirik, ən qısa zamanda böyük qələbə sevincini paylaşmağı arzulayırıq.
Vüsalə Qələndərli

 





















 

Paylaş:

Oxşar xəbərlər